12px13px15px17px
Tarix:01/02/12

“İntel” korporasiyasının əsas rəqibinin mədaxili 21 faiz artıb

Britaniyanın “ARM Holdings” şirkəti, mobil qurğular üçün prosessor istehsalçısı, 2011-ci ilin IV rübü və bütövlükdə 2011-ci il üzrə maliyyə göstəricilərini elan edib.

“ARM” şirkətinin 2011-ci ilin IV rübündə mədaxili 2010-cu ilin analoji dövrü ilə müqayisədə 21% artaraq 137,8 milyon funt-sterlinq təşkil edib. Bütövlükdə 2011-ci ilin nəticəsinə əsasən, mədaxil 21 faiz  artaraq 491,8 milyon funt-sterlinq, mənfəət isə 43 faiz artaraq 156,9 milyon funt-sterlinq təşkil edib.

Nəticələri şərh edən “ARM” şirkətinin əsas icraçı direktoru Uorren İst qeyd edib ki, hal-hazırda onların əvvəlki illərlə müqayisədə daha çox yeni müştərisi var.
 
“ARM” şirkəti 2012-ci ildə illik mədaxili 860 milyon dollara qədər artırmağı planlaşdırır. 2011-ci ilin nəticəsinə əsasən, şirkətin illik mədaxili 785 milyon dollar təşkil edib.
 




Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024