Tarix:02/02/12
“İBM” şirkətində isə hal-hazırda təxminən 427000 insan işləyir. Nəşr bildirib ki, bu barədə məlumat şirkət rəhbərliyinə bilavasitə yaxın olan “İBM Germany”-dəki mənbələrdən əldə edilib.
“Hasselblad” nəşri qeyd edib ki, onun jurnalistləri bu məsələ ilə bağlı “İBM” şirkətinə müraciət ediblər, lakin korporasiya öz gələcək planları ilə bağlı məsələləri müzakirə etmədiyini və kadr siyasəti haqqında məlumatları bölüşmədiyini bildirib.
“İBM”-dən mənbələr nəşrə bildirib ki, korporasiyanın bu addımı ikili xarakter daşıyır: bir tərəfdən korporasiya Avropa borc böhranına və bunun fonunda İT xidmətlərə azalan tələbata bütövlükdə reaksiya verir, digər tərəfdən isə bu addım “Liquid” kimi tanınan daha qlobal planın bir hissəsidir. Bu plan “İBM” korporasiyasını yeni, daha elastik təşkilata çevirmək məqsədi güdür.
Mənbələr məlumat veriblər ki, “Liquid” proqramı – bu, “İBM”-in son illər ərzində reallaşdırılmış ən radikal proqramlarından biridir. Proqramın əsas məqsədi şirkətin xərclərinin azalması və effektivliyinin artırılmasıdır.
“İBM” korporasiyası Almaniyada 8000 əməkdaşını çıxarmağı planlaşdırır
Almaniyanın rəsmi “Hasselblad” nəşri bildirib ki, “İBM” korporasiyası Avropada yerləşən ən böyük yerli bölməsində 8000-ə qədər personalını işdən çıxarmağı planlaşdırır. Qeyd edək ki, korporasiyanın alman bölməsində 20000 insan çalışır.“İBM” şirkətində isə hal-hazırda təxminən 427000 insan işləyir. Nəşr bildirib ki, bu barədə məlumat şirkət rəhbərliyinə bilavasitə yaxın olan “İBM Germany”-dəki mənbələrdən əldə edilib.
“Hasselblad” nəşri qeyd edib ki, onun jurnalistləri bu məsələ ilə bağlı “İBM” şirkətinə müraciət ediblər, lakin korporasiya öz gələcək planları ilə bağlı məsələləri müzakirə etmədiyini və kadr siyasəti haqqında məlumatları bölüşmədiyini bildirib.
“İBM”-dən mənbələr nəşrə bildirib ki, korporasiyanın bu addımı ikili xarakter daşıyır: bir tərəfdən korporasiya Avropa borc böhranına və bunun fonunda İT xidmətlərə azalan tələbata bütövlükdə reaksiya verir, digər tərəfdən isə bu addım “Liquid” kimi tanınan daha qlobal planın bir hissəsidir. Bu plan “İBM” korporasiyasını yeni, daha elastik təşkilata çevirmək məqsədi güdür.
Mənbələr məlumat veriblər ki, “Liquid” proqramı – bu, “İBM”-in son illər ərzində reallaşdırılmış ən radikal proqramlarından biridir. Proqramın əsas məqsədi şirkətin xərclərinin azalması və effektivliyinin artırılmasıdır.
Baxış sayı: 1281
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır