12px13px15px17px
Tarix:02/02/12

7 gündən 1 gününü pulsuz danış

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC abonentləri üçün yeni kampaniya elan edir. Kampaniya müddətində abonentlər hər 7 gündən 1-ni pulsuz danışmaq imkanı qazanacaqlar.

Bu gündən start verilən "Pulsuz danışıq günü" adlı kampaniyanın xüsusi bir şərti və tələbi yoxdur. Sadəcə, 5 AZN və ya daha yüksək nominallı "SimSim" danışıq kartını balansa yükləmək lazımdır. Bu zaman abonent növbəti 7 gündən birini "Azercell"ilərlə pulsuz danışacaq.

Abonentin pulsuz danışacağı  gün sistem tərəfindən avtomatik seçilir və kart yüklənəndən sonra növbəti 7 gündən birinə təyin olunur. Abonentə kart yüklədikdən sonra maksimum 90 dəqiqə ərzində kampaniyaya qoşulması haqqında məlumat verilir.

Kampaniya 1-29 fevral tarixləri arasında keçiriləcək. Yalnız bu aralıqda kart yükləyən abonentin nömrəsi kampaniyada iştirak etmiş sayılır. Əgər abonent fevralın son günündə kampaniyaya qoşularsa, onda onun pulsuz danışıq günü mart ayının ilk həftəsinə təsadüf edəcək.

Hər bir abonent 7 təqvim günü ərzində yalnız bir dəfə kampaniyada iştirak edə bilər. Əgər abonent 7 gün ərzində bir neçə dəfə kart yükləsə, onda həmin yükləmələr kampaniyaya aid edilməyəcək. Qeyd edilmiş 7 gündən sonra o, yenidən kampaniyaya qoşula bilər. Abonent istədikdə, kampaniyada iştirakdan imtina da edə bilər.

"Pulsuz danışıq günü"nə qoşulan abonentlər istənilən vaxt 1010 qısa nömrəsinə boş SMS göndərməklə kampaniya haqqında məlumat ala biləcəklər. "Pulsuz danışıq günü" kampaniyası haqqında daha ətraflı məlumatı "Azercell"in rəsmi "www.azercell.com" saytından da əldə etmək mümkündür.  
 
 
 




Baxış sayı: 1414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024