12px13px15px17px
Tarix:03/02/12

Şotlandiyada genişzolaqlı internetin orta sürəti 40 Mbit/s təşkil edəcək

Dövlətin maliyyələşdirdiyi layihə əsasında 2015-ci ilədək Şotlandiyada genişzolaqlı internetin orta sürəti 40 Mbit/s təşkil edəcək. "Rəqəmli inkişaf" planına əsasən, 3 il sonra belə sürət 85-95 faiz istehlakçı üçün əlçatan olmalıdır. Bu halda istəyən daha yüksək sürətdən (80 Mbit/s-ə qədər) istifadə edə bilər.

Şotlandiyanın 2020-ci il üçün planında əhaliyə dünya səviyyəsinin sürətini təklif etmək nəzərdə tutulub, "ComputerworldUK" bildirib. "Digital Programme Office" adlı layihə müxtəlif mənbələrdən maliyyələşdiriləcək, ümumi məbləğ təxminən 225 milyon dollar təşkil edəcək.Hal-hazırda Şotlandiya internetə çıxışın orta sürəti Böyük Britaniyada olduğu kimi 7 Mbit/s təşkil edir.




Baxış sayı: 1351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024