12px13px15px17px
Tarix:06/02/12

"Facebook" sosial şəbəkəsinin 8 yaşı tamam oldu

2004-cü il fevral ayının 4-də istifadəyə verilmiş "Facebook" sosial şəbəkəsinin 8 yaşı tamam oldu, sosial şəbəkə nümayəndələri bildiriblər.

"Facebook"un rəhbəri Mark Sukerberq ilk əvvəl bu şəbəkəni Harvard Universitetinin tələbələrini birləşdirən şəbəkə kimi yaradıb.

Lakin hal-hazırda "Facebook" dünyanın ən böyük sosial şəbəkəsidir, onun 845 milyondan çox istifadəçisi var. Məlumat üçün qeyd edək ki, "Facebook" cümə axşamı öz səhmlərinin birjada (İPO) ilkin açıq yerləşdirilməsi ilə bağlı ərizə verib.

2011-ci ildə sosial şəbəkənin təmiz mənfəəti 1 milyard dollar təşkil edib. Bu nəticə isə 2010-cu ilin göstəricisini 65% ötüb. "Facebook" sosial şəbəkəsinin keçən il üçün mədaxili isə 3,7 milyard dolları ötüb.

EMIL



Baxış sayı: 1601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024