Tarix:06/02/12
Ümumilikdə mart ayının sonuna qədər 15 pilot məktəbdə bu təlimlərin keçirilməsi planlaşdırılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "İntel" təhsil layihələrinin Azərbaycan üzrə koordinatoru Teymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, adıçəkilən layihə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın reallaşdırılmasında
Təhsil Nazirliyinin əsas tərəfdaşlarından biri olan "Mədəd" humanitar təşkilatı tərəfindən həyata keçirilir. T.Məmmədov bildirib ki, "İntel" şagird netbuku paylanmış və "1 şagird -1 kompyuter" konsepsiyası əsasında təlimlər aparılan pilot məktəblər həm Bakı, həm də Sumqayıt şəhərlərinin payına düşür: " Ümumiyyətlə, məktəblərə "İntel" modeli əsasında yaradılmış 2400 şagird netbuku paylanılıb. Layihə üzrə təlimlərə məktəblərin netbuk paylanmış siniflərinə dərs keçən müəllimlər çəlb edilir.
Təlimlər zamanı sinif idarəetmə proqramları, layihə metodikası və "1 şagird -1 kompyuter" elektron öyrənmə mühiti tədris olunur. Təlimləri keçmiş müəllimlər dərslərini müvafiq konsepsiya üzrə netbuklardan istifadə etməklə tədris edirlər".
HƏQİQƏT
“1 şagird -1 kompyuter” konsepsiyası əsasında təlimlər martın əvvəllərində yekunlaşacaq
Azərbaycanın seçilmiş orta ümumtəhsil məktəblərində aparılan "1 şagird -1 kompyuter" layihəsi üzrə təlimlər mart ayının əvvəllərinə başa çatdırılacaq. Artıq üç təhsil müəssisəsində bu təlimlər yekunlaşıb. Hazırda beş məktəbdə təlimlər aparılır, bir necə orta məktəbdə də bununla bağlı işlərə başlanılıb.Ümumilikdə mart ayının sonuna qədər 15 pilot məktəbdə bu təlimlərin keçirilməsi planlaşdırılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "İntel" təhsil layihələrinin Azərbaycan üzrə koordinatoru Teymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, adıçəkilən layihə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın reallaşdırılmasında
Təhsil Nazirliyinin əsas tərəfdaşlarından biri olan "Mədəd" humanitar təşkilatı tərəfindən həyata keçirilir. T.Məmmədov bildirib ki, "İntel" şagird netbuku paylanmış və "1 şagird -1 kompyuter" konsepsiyası əsasında təlimlər aparılan pilot məktəblər həm Bakı, həm də Sumqayıt şəhərlərinin payına düşür: " Ümumiyyətlə, məktəblərə "İntel" modeli əsasında yaradılmış 2400 şagird netbuku paylanılıb. Layihə üzrə təlimlərə məktəblərin netbuk paylanmış siniflərinə dərs keçən müəllimlər çəlb edilir.
Təlimlər zamanı sinif idarəetmə proqramları, layihə metodikası və "1 şagird -1 kompyuter" elektron öyrənmə mühiti tədris olunur. Təlimləri keçmiş müəllimlər dərslərini müvafiq konsepsiya üzrə netbuklardan istifadə etməklə tədris edirlər".
HƏQİQƏT
Baxış sayı: 2230
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır