12px13px15px17px
Tarix:06/02/12

Çində veb-istifadəçilərin sayı 510 milyonu ötüb

Çin internet-infrastrukturunun informasiya mərkəzinin (CNNİC) hesablamalarına əsasən, ölkədə veb-istifadəçilərin sayı son 6 ay ərzində  5,8 faiz artıb.

Hal-hazırda Çinin 513 milyon sakininin internetə çıxışı var. Təxminən 391,8 milyon insan internetə genişzolaqlı əlaqə vasitəsi ilə qoşulub; 355,6 milyon isə internetə çıxış üçün mobil qurğulardan istifadə edirlər.

Çinlilər internetdə həftə ərzində orta hesabla təxminən 19 saat keçirirlər. Ölkədə 250 milyondan çox mikrobloq abunəçisi var. Ölkə əhalisinin 47.9%-i elektron poçtdan istifadə edir.

Məlumat üçün qeyd edək ki, Çində 7,7 milyon domen adı qeydiyyatdan keçib; təxminən 2,3 milyon sayt işləyir. Çinin ən çox ziyarət edilən  resursları siyahısında “Baidu” axtarış sistemi, “QQ.com” ani mesajlarla mübadilə xidməti və “Weibo” (ölkə ərazisində “Twitter”in qadağan edilmiş analoqu) mikrobloqlar xidməti var.

http://net.compulenta.ru/659215/


EMIL



Baxış sayı: 1408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024