12px13px15px17px
Tarix:01/07/11

Elektron idarəetmə İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətini sürətləndirib

Elektron idarəetmənin yeni sisteminin tətbiqi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində sənəd dövriyyəsi prosesini beş dəfə sürətləndirib. Əgər bir il əvvəl 2400 daxili xidmət məktubu yaradılmışdısa, bu sistemin tətbiqindən sonra bu rəqəm beş dəfədən artıq artaraq 12 mini ötüb. Bu barədə məlumat verən nazir müavini Sevinc Həsənovanın sözlərinə görə, elektron idarəetmə sistemi xəzinədarlıq, kadrların idarə olunması və maliyyə uçotu sistemlərinin bir-birilə tam birləşdirilməsini özündə ehtiva edir. O, daha sonra qeyd edib ki, nazirlik tərəfindən elektron idarəetmə sistemi çərçivəsində “Microsoft” şirkətinin lisenziyalaşdırılmış proqram təminatı alınıb, müasir DATA-mərkəz, kadrların elektron bankı, elektron maliyyə sistemi yaradılır, elektron imzaların tətbiqinə başlanılır.



Baxış sayı: 1492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024