12px13px15px17px
Tarix:06/02/12

Bakıda telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yeni telefon çəkilişi, nömrənin addan-ada dəyişdirilməsi, nömrədəyişmə, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma kimi elektron xidmətlərin göstərilməsinə hazırdır.

Bu barədə birlikdən verilən məlumatda deyilir. Məlumatda daha sonra bildirilir ki, hazırda birlik üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və paypoint ödəniş sistemləri üzərindən aparılması tətbiq edilib, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb.





Baxış sayı: 1750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024