Tarix:07/02/12
Hesabatda dünyanın bir çox ölkəsi üzrə "İnternetin azadlığı" göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə ölkəmiz (48 balla) 20-ci yeri tutub.
Qeyd edək ki, "İnternet azadlığı" qlobal göstəricisi hər bir ölkədə olan internetin və media azadlığının ölçülməsi məqsədi ilə müəyyənləşdirilib. Burada ölkələr 0-100 bal arasında qiymətləndirilir. Belə ki, "0" bala yaxın ölkələr müsbət, "100" bala yaxın ölkələr isə mənfi xarakterizə edilir.
Hesabatda Estoniya, ABŞ və Almaniya tamamilə azad ölkələr kateqoriyasında ilk üçlüyü tamamlayır. İnternetin qismən azad olduğu ölkələr kateqoriyasında ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan və Rusiyanın da adı var.
İnternet istifadəçilərinin sayına görə dünyada lider olan Çin isə bu siyahıda azad olmayan ölkələr kateqoriyasındadır. "İnternet azadlığı" üzrə "ən neqativ" ölkə kimi İran İslam Respublikası qiymətləndirilib.
Məlumat üçün bildirək ki, "İnternet azadlığı" göstəricisinin hesablanması zaman giriş maneələri, kontent məhdudiyyəti və istifadəçi hüquqlarının pozulması sub indeksindən istifadə olunur.
Azərbaycanda “İnternet azadlığı” qiymətləndirilib
"Freedom House" təşkilatı tərəfindən internetin və rəqəmsal medianın qlobal qiymətləndirilməsini əks etdirən "Freedom on the Net 2011" hesabatında "İnternet azadlığı" göstəriciləri üzrə Azərbaycan "İnternetin qismən azad olduğu ölkələr" siyahısında yer alıb.Hesabatda dünyanın bir çox ölkəsi üzrə "İnternetin azadlığı" göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə ölkəmiz (48 balla) 20-ci yeri tutub.
Qeyd edək ki, "İnternet azadlığı" qlobal göstəricisi hər bir ölkədə olan internetin və media azadlığının ölçülməsi məqsədi ilə müəyyənləşdirilib. Burada ölkələr 0-100 bal arasında qiymətləndirilir. Belə ki, "0" bala yaxın ölkələr müsbət, "100" bala yaxın ölkələr isə mənfi xarakterizə edilir.
Hesabatda Estoniya, ABŞ və Almaniya tamamilə azad ölkələr kateqoriyasında ilk üçlüyü tamamlayır. İnternetin qismən azad olduğu ölkələr kateqoriyasında ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan və Rusiyanın da adı var.
İnternet istifadəçilərinin sayına görə dünyada lider olan Çin isə bu siyahıda azad olmayan ölkələr kateqoriyasındadır. "İnternet azadlığı" üzrə "ən neqativ" ölkə kimi İran İslam Respublikası qiymətləndirilib.
Məlumat üçün bildirək ki, "İnternet azadlığı" göstəricisinin hesablanması zaman giriş maneələri, kontent məhdudiyyəti və istifadəçi hüquqlarının pozulması sub indeksindən istifadə olunur.
Baxış sayı: 1563
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib