12px13px15px17px
Tarix:07/02/12

Yalnız “CİNeration” abunəçiləri “Zero Facebook” xidmətindən istifadə edəcək

“Bakcell” şirkətindən verilən məlumata görə, bu gündən etibarən “zero.facebook” xidmətindən yalnız “CİNeration” abunəçiləri istifadə edə biləcəklər. “CİNeration” abunəçiləri öz mobil telefonlarından ”0.facebook.com”,   “zero.facebook.com” ünvanlarından birinə daxil olmaqla bu xidmətdən yararlanmaq imkanı əldə edəcəklər.

Mobil telefonlardan “zero.facebook.com” səhifəsinə giriş bu abunəçilər üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi “facebook.com” saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər.

Yalnız şəkillərə baxdıqda və ya “zero.facebook.com” səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun “0.facebook.com” səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.




Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024