12px13px15px17px
Tarix:07/02/12

“Google” şirkəti Çarlz Dikkensin anadan olmasının 200 illiyini qeyd edir

Ria.ru” saytının məlumatına əsasən, dünyanın ən böyük axtarış sistemi olan “Google” şirkəti məşhur ingilis yazıçısı Çarlz Dikkensin (1812-1870) anadan olmasının 200 illiyini öz saytının əsas səhifəsində loqotiplə (dudl) qeyd edir.
“Google” şirkətinin ənənəvi loqotipi dudl ilə əvəz edilib. Yeni loqotipdə Dikkensin əsərlərinin qəhrəmanları təsvir edilib.

Loqotipdən keçid etdikdə, istifadəçi "Çarlz Dikkens" sorğusu üzrə axtarış verilmiş səhifəyə daxil olur.
Xatırladaq ki, Çarlz Dikkens 19-cu əsrin ən böyük ingilis yazıçılarından biridir. Onun ilk əsəri olan "Bozun oçerkləri" 1836-cı ildə dərc edilib. Lakin "Pikvik klubunun qeydləri", daha sonra "Oliver Tvistin macəraları", "Devid Kopperfild" romanı və digər əsərləri yazıçıya əsl şöhrət qazandırıb.

Məlumat üçün bildirək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqotipi dudl ilə bayramlar, həmçinin əlamətdar tarixi hadisələr ilə bağlı dəyişdirir.




Baxış sayı: 1494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024