12px13px15px17px
Tarix:08/02/12

"Yahoo" Direktorlar şurasının sədri istefaya gedəcək

Ria.ru” saytının məlumatına əsasən, "Yahoo" internet-şirkətinin Direktorlar şurasının sədri Roy Bostok və onun kolleqaları digər üç direktor səhmdarların növbəti illik yığıncağından sonra istefaya gedəcəklər. Bu barədə  "Yahoo" saytı xəbər verib.

Bostok, həmçinin "Hewlett-Packard" şirkətindən Vayomeş Yoşi  fərdi investorlar olan Artur Kern  və Hari Uilson səhmdarların illik yığıncağında Direktorlar şurasına keçiriləcək seçkilərdə öz namizədliklərini irəli sürməyəcəklər. Bu barədə  Roy Bostok məktubla investorlara müraciət edib. Yığıncağın tarixi və dörd direktorun istefa məsələsi hələ müəyyən edilməyib, lakin bir qayda olaraq "Yahoo" səhmdarların illik yığıncağı yazda keçirilir.

Direktorların istefaya getmək haqqında qərarı şirkətin son illərdə korporativ və idarə böhranı yaşaması ilə bağlıdır. 6 ay əvvəl Direktorlar şurası şirkətdə işlərin vəziyyəti ilə bağlı müstəqil audit keçirilməsinə təşəbbüs göstərdi. Nəticədə Kerol Barts 2011-ci ilin sentyabr ayında "Yahoo" şirkətinin baş direktoru vəzifəsindən çıxarıldı.

Analitiklərin fikrinə görə, Kerol Bartsın çıxarılmasına şirkətin internet-axtarış və reklam bazarında pay itirməsi, həmçinin innovasiya həllərinin olmaması və rəqiblərə düzgün qiymət verilməməsi səbəb olub.


2012-ci ilin yanvar ayının əvvəlindən şirkətə yeni baş direktor Skott Tompson rəhbərlik etməyə başlayıb. O, ilk növbədə rəqiblərlə mübarizə aparmaq üçün strategiya hazırlamalı, həmçinin şirkətin 19.5 milyard dollar dəyərində qiymətləndirilən hazırkı kapitallaşdırma dəyərini artırmalıdır.

"Yahoo" Direktorlar şurasının iş fəaliyyəti səhmdarlar tərəfindən dəfələrlə  kəskin tənqid olunub. Sentyabr ayında "Yahoo"-nun 5,2% səhminə malik olan Nyu-Yorkun "Third Point LLC" xedc-fondu Direktorlar şurasının bir sıra üzvlərinin istefa verməsini tələb edib. Yanvar ayında "Yahoo" Direktorlar şurasını internet-şirkətin həmtəsisçisi Cerri Yanq (Jerry Yang) öz istəyi ilə tərk edib.

" Yahoo" internet-şirkətinin "US GAAP" üzrə təmiz mənfəəti 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 5% azalıb. 2011-ci ilin dördüncü rübü üzrə isə mədaxil 13% azalaraq 1,32 milyard dollar təşkil edib.
 




Baxış sayı: 1372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024