12px13px15px17px
Tarix:08/02/12

Dünya əhalisi internetdən nə üçün istifadə edir?

"TNS Digital Life" şirkəti dünyanın 60 ölkəsinin 72 000 internet istifadəçisi arasında sorğu keçirib. Araşdırmada iştirak edən respondentlər bütün dünyada internet istifadəçilərinin 93 faizini təşkil edib. Bu sorğunun  nəticələri internet istifadəçiləri haqqında ətraflı və olduqca maraqlı məlumatları üzə çıxarıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, ən böyük araşdırma şirkətlərindən biri olan TNS istehlakçıların rəqəmli dünyadan necə istifadə etdiklərini və bu dünyada necə yaşadıqlarını araşdırıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, araşdırmalarla bağlı mətbuat konfransı keçirən TNS Texnologiya və Media direktoru Dirk Steffen rəqəmsal dünyanın detallarını izah edib.

Steffen bildirib ki, araşdırma 4 təməl prinsiplər daxilində aparılıb. Araşdırmaların nəticəsində bəlli olub ki, dünya üzrə cəmi 1.938.059.098 adam onlayn olur. 1.627.969.642 insan sosial şəbəkələrdə əlaqə yaradır. 846.931.826 şəxs  şərhlər yazır.  Onları isə 1.391.526.432 insan oxuyur və təsirlənir.

1.577.580.106 adam alacaqları məhsulu və xidmətləri araşdırmaq üçün internetdən istifadə edir.

Steffen qardaş Türkiyənin onlayn marketinq və ünsiyyət sərmayələri baxımından cazibədar bir ölkə olduğunu ifadə edib.

Araşdırmadan sonra Türkiyə ilə əlaqədar olan nəticələr türkləri çox təəccübləndirib. Belə ki, sorğuda 60 ölkə ilə müqayisə edilərək bəlli olub ki, Türkiyə internet istifadəçiləri digərlərinə nisbətdə 44 faizdir. Bu prizmadan baxıldıqda Cənub-Şərqi Asiya və Köhnə Sovet ölkələri təxminən 10-cu sırada qərarlaşıblar. Türkiyədə internet istifadəçilərinin 71 faizi  hər gün internetə girir. Qardaş ölkənin internet istifadəçilərinin ən böyük məqsədləri isə əylənməkdir.


Araşdırmalardan məlum olur ki, hər 10 internet istifadəçisindən 9-u maraqlandığı məsələlər haqqında internetdə araşdırma aparır və informasiya toplayır.

Sorğunun digər bir maraqlı nəticəsi isə mobil telefonlarla bağlıdır. Məlum olub ki, Türk xalqının 22 faizi mobil telefonundan istifadə etməklə internetə girir. Hətta telefonlarla hansı saatlarda internetə girildiyi də incələnib.

Belə ki, insanlar telefonlarla internetə daha çox işə gedib-gələrkən, yəni yolda keçirilən vaxtlarda, eləcə də gecə yatarkən, yuxuya getməzdən əvvəl olan dəqiqələrdə telefonlarla internetə girir. Respondentlərin çoxu bildirib ki,  gecə yatmazdan əvvəl son dəqiqələrdə «facebook»da  və ya «twitter»də nələrin baş verdiyini öyrənmək istəyirlər.


Araşdırmalar göstərir ki, türkiyəlilər «facebook» kimi sosial şəbəkə saytlarına tez-tez daxil olur. Qardaş ölkənin internet istifadəçilərinin 36 faizi hər gün sosial şəbəkələrdə gəzişir.




Baxış sayı: 1605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024