12px13px15px17px
Tarix:08/02/12

"Nokia" şirkəti 4000 əməkdaşını işdən çıxarır

Onliner.byresursunun məlumatına əsasən, "Nokia" şirkəti Finlandiya, Macarıstan və Meksikada yerləşən zavodlarının strukturunun yenidən qurulması üzrə planları haqqında danışıb. Şirkət mobil qurğu bazarında rəqabətə davamlılığı artırmaq üçün təxminən 4000 işçisini çıxaracaq. İşçilərin ixtisarı 2012-ci ilin sonuna kimi mərhələ üzrə həyata keçiriləcək.

"Nokia" rəhbərliyi işdən çıxarılan əməkdaşlarını maliyyə cəhətdən dəstəkləməyə hazır olduğunu bildirib.
Bundan əlavə, "Nokia" şirkəti mobil qurğuların quraşdırma istehsalını tamamilə Asiyaya keçirtməyi planlaşdırır. Şirkətdən hesab edirlər ki, bu addım bazara yeni məhsulları daha sürətli çıxarmağa imkan verəcək. Nəticədə rəqabətədavamlılıq daha yaxşı olacaq.

"Nokia" şirkəti mobil telefon istehsalı, mobil telefonlar və cib fərdi kompyuterləri üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb. Şirkətdə çalışanların sayı 123 mini ötür. Şirkətin məhsulları 160 ölkədə təqdim edilib.
 
 




Baxış sayı: 1511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024