12px13px15px17px
Tarix:09/02/12

Tanınmış fərdi kompyuter istehsalçısının mədaxili rekord qırıb

Fərdi kompyuter istehsalçıları arasında ikinci yeri tutan "Lenovo Group" şirkətinin 2011-2012 maliyyə ilinin üçüncü rübü üzrə təmiz mənfəəti analoji dövrlə müqayisədə 54 faiz artaraq 153 milyon dollar təşkil edib.

"Lenovo" şirkətinin hesabat dövrü üzrə mədaxili keçən il ilə müqayisədə 44% artmış və 8,4 milyard dollar təşkil edib. Bu, şirkət üçün rekord göstəricidir.

Hesabat dövründə "Lenovo"-nun ümumi gəliri keçən maliyyə ilinin üçüncü rübü ilə müqayisədə 47 faiz artaraq 954 milyon dollar və əməliyyat gəliri isə 193 milyon dollar təşkil edib.

"Gartner" analitik şirkətinin məlumatına görə, "Lenova" şirkəti 2011-ci ilin oktyabr-dekabr ayı ərzində 12,9 milyon kompyuter tədarük edib. Bu göstərici keçən il ilə müqayisədə 23 faiz çoxdur. Hərçənd ki, şirkət bazar payına görə hələ ki "HP" şirkətindən geri qalır. "İDC" şirkətinin məlumatına görə, hesabat rübündə "Lenovo" şirkətinin fərdi kompyuter bazarında payı rekord göstəriciyə - 14 faizə çatıb.



http://digit.ru/business/20120209/389187520.html



Baxış sayı: 1205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024