Tarix:10/02/12
“Galaxy Tab 10.1N” planşeti “Apple” şirkətinin patent iddiaları üzrə “Galaxy Tab 10.1” qurğusunun satışlarına sentyabr ayında qoyulmuş qadağanı aradan qaldırmaq üçün xüsusi olaraq Almaniya bazarı üçün yaradılıb. Lakin Amerika şirkəti patentlərinin pozulmasını bildirmiş və yeni iddia ilə məhkəməyə müraciət etmişdi.
Keçən ilin sonunda baş tutmuş ilkin məhkəmə dinləmələri zamanı məhkəmə bildirmişdi ki, “Galaxy Tab 10.1N” planşetinin dizaynı artıq “iPad” planşetindən kifayət qədər fərqlənir. Hazırda bu fikir Düsseldorf məhkəməsinin qəti qərarı ilə təsdiqlənib.
Məlumat üçün qeyd edim ki, “Apple” və “Samsung” şirkətləri arasında patent qarşıdurması 2011-ci ilin yazından gedir. Mübahisəni Amerika şirkəti başlayıb. “Apple” şirkəti Cənubi Koreya rəqibini “iPhone” və “iPad” dizaynının kopyalanmasında ittiham etmişdi. “Samsung” şirkəti isə qarşılıqlı iddia vermişdi. Ümumilikdə, şirkətlər bir-birinə qarşı müxtəlif ölkə məhkəmələrinə 30-dan çox iddia veriblər.
digit.ru/state/20120209/389192173.html
Alman məhkəməsi “Apple” şirkətinin iddialarını qəbul etməyib
Alman məhkəməsi “Apple” şirkətinin iddiası üzrə “Samsung Galaxy Tab 10.1N” planşet kompyuterinin satışlarına qadağa qoymaqdan imtina edib. Bu barədə “Foss Patents” bloqu bildirib.“Galaxy Tab 10.1N” planşeti “Apple” şirkətinin patent iddiaları üzrə “Galaxy Tab 10.1” qurğusunun satışlarına sentyabr ayında qoyulmuş qadağanı aradan qaldırmaq üçün xüsusi olaraq Almaniya bazarı üçün yaradılıb. Lakin Amerika şirkəti patentlərinin pozulmasını bildirmiş və yeni iddia ilə məhkəməyə müraciət etmişdi.
Keçən ilin sonunda baş tutmuş ilkin məhkəmə dinləmələri zamanı məhkəmə bildirmişdi ki, “Galaxy Tab 10.1N” planşetinin dizaynı artıq “iPad” planşetindən kifayət qədər fərqlənir. Hazırda bu fikir Düsseldorf məhkəməsinin qəti qərarı ilə təsdiqlənib.
Məlumat üçün qeyd edim ki, “Apple” və “Samsung” şirkətləri arasında patent qarşıdurması 2011-ci ilin yazından gedir. Mübahisəni Amerika şirkəti başlayıb. “Apple” şirkəti Cənubi Koreya rəqibini “iPhone” və “iPad” dizaynının kopyalanmasında ittiham etmişdi. “Samsung” şirkəti isə qarşılıqlı iddia vermişdi. Ümumilikdə, şirkətlər bir-birinə qarşı müxtəlif ölkə məhkəmələrinə 30-dan çox iddia veriblər.
digit.ru/state/20120209/389192173.html
Baxış sayı: 1225
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır