Tarix:10/02/12
“Mak.az” jurnalından verilən məlumata görə, müsabiqədə ümumilikdə 15 TV reklamı iştirak edib. Nəticələr həm sosial mediada oxucuların səsləri, həm də ekspertlərin rəyi əsasında 50/50 prinsipi ilə toplanıb. Ekspertlərdən öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. “Bakcell”in reklam çarxı 29.87% səslə birinci yerin qalibi olub.
Qeyd edək ki, “3G Sür@ həddini aşaraq” Azərbaycanın reklam bazarında parkur ustalarının iştirakı ilə çəkilmiş ilk reklam çarxıdır.
Parkur (və ya sərbəst qaçış) ciddi fiziki və əqli hazırlıq tələb edir və marşrutu dərhal seçərək ətrafda olan müxtəlif təbii elementlər üzərindən akrobatik tərzdə tullanıb keçməkdən ibarətdir.
“Artıq 4-cü ildir ki, biz Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək üçün sorğular keçiririk. Hər il həm keyfiyyətdə, həm də kəmiyyətdə nəzərəçarpan inkişafı müşahidə etmək bizi sevindirir. İlk illərdə biz seçim prosesini sadəcə “Mak.az” auditoriyası ilə, sonralar sosial şəbəkələrlə məhdudlaşdırırdıq. Bu il isə hər iki auditoriya ilə yanaşı, biz həm də reklam sektorunun ekspertlərinin rəyini öyrəndik. Nəticələr “Bakcell”in sözügedən reklam çarxının daha çox bəyənildiyini göstərdi.
“Mak.az” redaksiyası olaraq biz də bu reklamı çox uğurlu hesab edirik, düşünürük ki, bu, hədəf qrupu üçün çox uyğun seçilmiş kommunikasiya konsepsiyasıdır. Bu uğura görə həm reklam agentliyini, həm də “Bakcell” şirkətini təbrik edirik”,- deyə “Mak.az” onlayn marketinq jurnalının təsisçisi Məmməd Kərimov bildirib.
“Bakcell”in Korporativ əlaqələr şöbəsinin müdiri Vəfa Əsədova sözügedən reklam çarxının çəkilişinə hazırlıq mərhələsində onun tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əmin olduqlarını deyib: “Bu reklam çarxının avstriyalı rejissoru Greg Francois öz işinin peşəkarı və tanınmış rejissor olmaqla yanaşı, ekstremal idman növləri ilə məşğul olur. Reklam çarxında üç nəfər şəxs şəhər landşaftı üzərindən parkur üslubunda hərəkət edib təyinat yerinə ən qısa müddət ərzində çataraq “Bakcell”in “Sür@” xidmətinin yüksək sürətini nümayiş etdirir.
Parkur ustalarının bacarıqları adi insanların bacarıqlarından qat-qat üstündür və bizim komandamız əmin idi ki, məhz bu xüsusiyyət “Bakcell”in mobil internetinin qeyri-adi imkanlara yol açdığını vurğulayan ən münasib metaforadır”.
Onu da əlavə edək ki, reklam çarxında çəkilən britaniyalı tanınmış parkur ustaları - Ryan Doyle, Chase Armage və Sam Parham videonu öz rəsmi “YouTube” səhifələrində yerləşdiriblər və qısa müddət ərzində bu çarxı minlərlə insan izləyib.
2011-ci ilin ən yaxşı reklam çarxı “3G Sür@ həddini aşaraq”
“Mak.az” onlayn marketinq jurnalının təşkil etdiyi “İlin ən yaxşı TV reklam çarxı” müsabiqəsinin qalibi “Bakcell” şirkətinin təqdim etdiyi “3G Sür@ həddini aşaraq” reklamı olub.“Mak.az” jurnalından verilən məlumata görə, müsabiqədə ümumilikdə 15 TV reklamı iştirak edib. Nəticələr həm sosial mediada oxucuların səsləri, həm də ekspertlərin rəyi əsasında 50/50 prinsipi ilə toplanıb. Ekspertlərdən öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. “Bakcell”in reklam çarxı 29.87% səslə birinci yerin qalibi olub.
Qeyd edək ki, “3G Sür@ həddini aşaraq” Azərbaycanın reklam bazarında parkur ustalarının iştirakı ilə çəkilmiş ilk reklam çarxıdır.
Parkur (və ya sərbəst qaçış) ciddi fiziki və əqli hazırlıq tələb edir və marşrutu dərhal seçərək ətrafda olan müxtəlif təbii elementlər üzərindən akrobatik tərzdə tullanıb keçməkdən ibarətdir.
“Artıq 4-cü ildir ki, biz Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək üçün sorğular keçiririk. Hər il həm keyfiyyətdə, həm də kəmiyyətdə nəzərəçarpan inkişafı müşahidə etmək bizi sevindirir. İlk illərdə biz seçim prosesini sadəcə “Mak.az” auditoriyası ilə, sonralar sosial şəbəkələrlə məhdudlaşdırırdıq. Bu il isə hər iki auditoriya ilə yanaşı, biz həm də reklam sektorunun ekspertlərinin rəyini öyrəndik. Nəticələr “Bakcell”in sözügedən reklam çarxının daha çox bəyənildiyini göstərdi.
“Mak.az” redaksiyası olaraq biz də bu reklamı çox uğurlu hesab edirik, düşünürük ki, bu, hədəf qrupu üçün çox uyğun seçilmiş kommunikasiya konsepsiyasıdır. Bu uğura görə həm reklam agentliyini, həm də “Bakcell” şirkətini təbrik edirik”,- deyə “Mak.az” onlayn marketinq jurnalının təsisçisi Məmməd Kərimov bildirib.
“Bakcell”in Korporativ əlaqələr şöbəsinin müdiri Vəfa Əsədova sözügedən reklam çarxının çəkilişinə hazırlıq mərhələsində onun tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əmin olduqlarını deyib: “Bu reklam çarxının avstriyalı rejissoru Greg Francois öz işinin peşəkarı və tanınmış rejissor olmaqla yanaşı, ekstremal idman növləri ilə məşğul olur. Reklam çarxında üç nəfər şəxs şəhər landşaftı üzərindən parkur üslubunda hərəkət edib təyinat yerinə ən qısa müddət ərzində çataraq “Bakcell”in “Sür@” xidmətinin yüksək sürətini nümayiş etdirir.
Parkur ustalarının bacarıqları adi insanların bacarıqlarından qat-qat üstündür və bizim komandamız əmin idi ki, məhz bu xüsusiyyət “Bakcell”in mobil internetinin qeyri-adi imkanlara yol açdığını vurğulayan ən münasib metaforadır”.
Onu da əlavə edək ki, reklam çarxında çəkilən britaniyalı tanınmış parkur ustaları - Ryan Doyle, Chase Armage və Sam Parham videonu öz rəsmi “YouTube” səhifələrində yerləşdiriblər və qısa müddət ərzində bu çarxı minlərlə insan izləyib.
Baxış sayı: 1257
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır