Tarix:11/02/12
Qeyd edək ki, Şamaxıda 40-a yaxın İP TV abunəçiləri var və bu şəbəkə genişlənməkdə davam edir. Gəncədə, Abşeronda və Sumqayıtda da NGN şəbəkəsi genişləndirilir.
Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və sputnik teleyayımına nisbətən bir sıra texniki üstünlüklərə malikdir.
Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır. Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
"Video-over-İP" operator xidmətlərinin əsas hissəsini İP-multicast çoxistifadəçi rejimi ilə işləyən şəbəkədə televiziyanın və radiokanalların translyasiyası təşkil edir. Nəticədə hər bir informasiya kanalı göndəriləcək ünvanda ayrıca qrup şəklində təqdim olunur.
İP üzərindən teleyayım baza xidməti dedikdə, yüksək keyfiyyətli təsvirlərin və verilən verilişlərin baxılması üçün naviqasiya imkanlı ictimai televiziya və ticarət teleşirkət telekanallarının translyasiyası nəzərdə tutulur. Belə xidmətlərə İP TV, TvoİP və İP-teleyayımı kimi terminləri aid etmək olar.
"Nvod" (Near Video on Demand) xidməti - video və audioinformasiya qabaqcadan cədvəl əsasında təyin edilmiş ("sorğuya görə karusel video" adlandırılan) provayderin serverində saxlanılan İP multicast rejimində ötürülən verilişdir. İstifadəçi təyin edilmiş seanslardan birində digər teletamaşaçılara qoşulur.
Belə servisləri saxta interaktiv adlandırmaq daha məqsədəuyğundur. Həqiqi mənada interaktiv xidmət real, "sorğuya görə video" (True Vod) mənasını əks etdirir. Provayderin serverində saxlanılan videoinformasiya şəxsən istifadəçiyə istənilən vaxtda bir istifadəçi İP-unicast rejimində təqdim olunur. "nPVR" (network based Personal video Recorder) xidməti provayderin serverində "VoD" prinsipi və idarəedilmənin standart funksiyaları ilə işləyən virtual şəxsi videomaqnitofonun təşkilinə imkan yaradır.
Nəhayət, İP multicast rejimində qabaqcadan qeyd edilmiş televiziya kontenti, İP-veriliş xidməti "zamanda yeri dəyişdirilmiş veriliş" (Time Shifted TV) adlanır. Bundan başqa, "Video-over-İP" operator xidmətlərinə, istifadəçiyə müstəqil surətdə kontentə sorğuları tərtib etməyə imkan verən teletekst və teleradio veriliş interaktiv elektron lüğətini də aid etmək olar.
“Aztelekom” İB İP-TV xidmətini genişləndirir
"Aztelekom" İB tərəfindən İP-TV-nin regionlarda, xüsusilə respublikanın böyük şəhərlərində tətbiqi imkanları öyrənilir. Şamaxıda NGN şəbəkəsinin qurulması ilə orada bu xidmətin tətbiqi genişlənib.Qeyd edək ki, Şamaxıda 40-a yaxın İP TV abunəçiləri var və bu şəbəkə genişlənməkdə davam edir. Gəncədə, Abşeronda və Sumqayıtda da NGN şəbəkəsi genişləndirilir.
Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və sputnik teleyayımına nisbətən bir sıra texniki üstünlüklərə malikdir.
Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır. Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
"Video-over-İP" operator xidmətlərinin əsas hissəsini İP-multicast çoxistifadəçi rejimi ilə işləyən şəbəkədə televiziyanın və radiokanalların translyasiyası təşkil edir. Nəticədə hər bir informasiya kanalı göndəriləcək ünvanda ayrıca qrup şəklində təqdim olunur.
İP üzərindən teleyayım baza xidməti dedikdə, yüksək keyfiyyətli təsvirlərin və verilən verilişlərin baxılması üçün naviqasiya imkanlı ictimai televiziya və ticarət teleşirkət telekanallarının translyasiyası nəzərdə tutulur. Belə xidmətlərə İP TV, TvoİP və İP-teleyayımı kimi terminləri aid etmək olar.
"Nvod" (Near Video on Demand) xidməti - video və audioinformasiya qabaqcadan cədvəl əsasında təyin edilmiş ("sorğuya görə karusel video" adlandırılan) provayderin serverində saxlanılan İP multicast rejimində ötürülən verilişdir. İstifadəçi təyin edilmiş seanslardan birində digər teletamaşaçılara qoşulur.
Belə servisləri saxta interaktiv adlandırmaq daha məqsədəuyğundur. Həqiqi mənada interaktiv xidmət real, "sorğuya görə video" (True Vod) mənasını əks etdirir. Provayderin serverində saxlanılan videoinformasiya şəxsən istifadəçiyə istənilən vaxtda bir istifadəçi İP-unicast rejimində təqdim olunur. "nPVR" (network based Personal video Recorder) xidməti provayderin serverində "VoD" prinsipi və idarəedilmənin standart funksiyaları ilə işləyən virtual şəxsi videomaqnitofonun təşkilinə imkan yaradır.
Nəhayət, İP multicast rejimində qabaqcadan qeyd edilmiş televiziya kontenti, İP-veriliş xidməti "zamanda yeri dəyişdirilmiş veriliş" (Time Shifted TV) adlanır. Bundan başqa, "Video-over-İP" operator xidmətlərinə, istifadəçiyə müstəqil surətdə kontentə sorğuları tərtib etməyə imkan verən teletekst və teleradio veriliş interaktiv elektron lüğətini də aid etmək olar.
Baxış sayı: 2303
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı