Tarix:11/02/12
Nəticədə respublikanın ərazisində hal-hazırda telefonlaşmamış yaşayış məntəqəsi qalmayıb.
Şəbəkədə müasir tipli elektron ATS-dən və transmissiya avadanlıqlarından istifadə edilməsi digər sahələrin, - sevis, internet xidmətləri, kanal və portların icarəsində geniş istifadəyə tam sərait yaradıb.
Araşdırmalar göstərir ki, gəlirin artırılmasında rabitə xidmətləri haqqında müvafiq prieyskurantın yerlərdə düzgün tətbiqinin də böyük əhəmiyyəti vardır. Xidmət haqqının düzgün tətbiq olunmaması və ya vaxtında MHM-nin terminalına işlənməməsi səbəbindən qovşaqlara maddi ziyan dəyir və tarif gəlirlərinin hesabatında qeyri-müəyyənlik yaranır. Göstərilən rabitə xidmətlərinin bütün növləri üzrə xidmət haqlarının düzgün tətbiqi əsas şərtlərdən biridir.
Eyni zamanda bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də istifadəçilər arasında mövcud qaydalara uyğun olmayan rabitə xidmətlərindən gizli bəhrələnməyə cəhd etmək istəyənlər də az deyil.
Belə ki, icarə kanallarından müqavilə şərtlərinə uyğun olmadan istifadə edilməsi, mini-ATS-in quraşdırılması və ona qoşulmuş telefonların sayının qovşağa bildirilməməsi, mənzil telefonlarının kommersiya qurumlarında (mağazalarda) gizli olaraq istifadə edilməsi və s.
Belə halların qarşısının alınması məqsədi ilə “Aztelekom”İB-nin Şəhərlərarası Beynəlxalq Telefon Rabitəsi şöbəsinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır. Yaradılmış qrup qeyd olunan faktların aşkarlanaraq aradan qaldırılması üçün bütün tədbirləri görür.
Belə ki, telekommunikasiya qovşaqlarının xidməti ərazisində faktların aşkarlanması üçün daimi fəaliyyətdə olan işçi qruplar yaradılıb. İşçi qrupu tərəfindən icarə kanallarının bağlanmış müqavilə şərtlərinə uyğunluğu daima nəzarətdə saxlanılır, vaxtaşırı yerlərdə birgə reydlər keçirilir və aşkar olunan (əlavə qoşulmalar və s.) faktlar aktlaşdırılaraq qiymətlərinə yenidən baxılır və müəyyən olunan əlavə vəsait fərqi qovşaqların kassasına mədaxil edilir.
Ayrı-ayrı abonentlər və fiziki şəxslər tərəfindən mövcud qаydаlаrа uyğun оlmаyаn rаbitə xidmətlərindən istifadə halları aşkar edilən zaman uyğun akt tərtib edilərək sənədləşdirilir və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Rabitə xidmətlərindən oğurluq istifadə edənlərə qarşı mübarizə gücləndirilib
“Aztelekom” İB-nin apardığı texniki siyasətə uyğun olaraq birliyin xidmət ərazisində şəbəkənin genişləndirilməsi və yenidən qurulması nəticəsində ənənəvi naqilli telefon rabitəsi ilə yanaşı, CDMA, peyk və s. rabitə növlərindən də istifadə edilərək bütün yaşayış məntəqələri telefon rabitəsi ilə tam təmin edilib.Nəticədə respublikanın ərazisində hal-hazırda telefonlaşmamış yaşayış məntəqəsi qalmayıb.
Şəbəkədə müasir tipli elektron ATS-dən və transmissiya avadanlıqlarından istifadə edilməsi digər sahələrin, - sevis, internet xidmətləri, kanal və portların icarəsində geniş istifadəyə tam sərait yaradıb.
Araşdırmalar göstərir ki, gəlirin artırılmasında rabitə xidmətləri haqqında müvafiq prieyskurantın yerlərdə düzgün tətbiqinin də böyük əhəmiyyəti vardır. Xidmət haqqının düzgün tətbiq olunmaması və ya vaxtında MHM-nin terminalına işlənməməsi səbəbindən qovşaqlara maddi ziyan dəyir və tarif gəlirlərinin hesabatında qeyri-müəyyənlik yaranır. Göstərilən rabitə xidmətlərinin bütün növləri üzrə xidmət haqlarının düzgün tətbiqi əsas şərtlərdən biridir.
Eyni zamanda bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də istifadəçilər arasında mövcud qaydalara uyğun olmayan rabitə xidmətlərindən gizli bəhrələnməyə cəhd etmək istəyənlər də az deyil.
Belə ki, icarə kanallarından müqavilə şərtlərinə uyğun olmadan istifadə edilməsi, mini-ATS-in quraşdırılması və ona qoşulmuş telefonların sayının qovşağa bildirilməməsi, mənzil telefonlarının kommersiya qurumlarında (mağazalarda) gizli olaraq istifadə edilməsi və s.
Belə halların qarşısının alınması məqsədi ilə “Aztelekom”İB-nin Şəhərlərarası Beynəlxalq Telefon Rabitəsi şöbəsinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır. Yaradılmış qrup qeyd olunan faktların aşkarlanaraq aradan qaldırılması üçün bütün tədbirləri görür.
Belə ki, telekommunikasiya qovşaqlarının xidməti ərazisində faktların aşkarlanması üçün daimi fəaliyyətdə olan işçi qruplar yaradılıb. İşçi qrupu tərəfindən icarə kanallarının bağlanmış müqavilə şərtlərinə uyğunluğu daima nəzarətdə saxlanılır, vaxtaşırı yerlərdə birgə reydlər keçirilir və aşkar olunan (əlavə qoşulmalar və s.) faktlar aktlaşdırılaraq qiymətlərinə yenidən baxılır və müəyyən olunan əlavə vəsait fərqi qovşaqların kassasına mədaxil edilir.
Ayrı-ayrı abonentlər və fiziki şəxslər tərəfindən mövcud qаydаlаrа uyğun оlmаyаn rаbitə xidmətlərindən istifadə halları aşkar edilən zaman uyğun akt tərtib edilərək sənədləşdirilir və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Baxış sayı: 1479
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı