Tarix:11/02/12
“Cnews”-un məlumatına görə, “Oracle”-ın təklifi “NASDAQ” birjasında “Taleo”-nun qiymətli kağızlarının qiymətini 18 faiz üstələyir.
“Taleo”-nun həlləri istedadlı kadrları cəlb etmək, öyrətmək, və saxlamağa, eləcə də onlar barəsində ətraflı məlumat toplamağa, səmərəliliyin təhlilini aparmağa və əməkhaqqını idarə etməyə kömək edir. Şirkət nümayəndələri hesab edirlər ki, əməkdaşlar istənilən müəssisənin ən başlıca resursudur, belə ki, bütün xərclərin 70 faizi onlara sərf olunur.
“Taleo”-nun həllərindən dünyanın 180 ölkəsinin 5 mindən çox müştərisi, o cümlədən “Fortune 100”-ün siyahısına daxil olan müəssisələrin təxminən yarısı istifadə edir.
Ekspertlər “Taleo”-nun alınmasına dair sazişi Almaniyanın “SAP” şirkəti tərəfindən “SuccessFactors” şirkətinin alınmasına cavab kimi qiymətləndirirlər. “SuccessFactors” həmçinin kadrların idarəetməsi üzrə “bulud” həllər tədarükçüsüdür.
Həm “Oracle”, həm də “SAP” “bulud” həllər seqmentində mübarizə aparmaq üçün güc toplayır.
Emil
“Oracle” kadrların idarəetməsi üzrə "bulud" həllər tədarükçüsünü alır
“Oracle” şirkəti kadrların idarəetməsi üzrə “bulud” həllər tədarükçüsü “Taleo” şirkətinin alınmasına dair sazişin imzalandığını elan edib. Məbləği 1,9 milyard dollar təşkil edəcək sazişin 2012-ci ilin ortalarında tamamlanması planlaşdırılır.“Cnews”-un məlumatına görə, “Oracle”-ın təklifi “NASDAQ” birjasında “Taleo”-nun qiymətli kağızlarının qiymətini 18 faiz üstələyir.
“Taleo”-nun həlləri istedadlı kadrları cəlb etmək, öyrətmək, və saxlamağa, eləcə də onlar barəsində ətraflı məlumat toplamağa, səmərəliliyin təhlilini aparmağa və əməkhaqqını idarə etməyə kömək edir. Şirkət nümayəndələri hesab edirlər ki, əməkdaşlar istənilən müəssisənin ən başlıca resursudur, belə ki, bütün xərclərin 70 faizi onlara sərf olunur.
“Taleo”-nun həllərindən dünyanın 180 ölkəsinin 5 mindən çox müştərisi, o cümlədən “Fortune 100”-ün siyahısına daxil olan müəssisələrin təxminən yarısı istifadə edir.
Ekspertlər “Taleo”-nun alınmasına dair sazişi Almaniyanın “SAP” şirkəti tərəfindən “SuccessFactors” şirkətinin alınmasına cavab kimi qiymətləndirirlər. “SuccessFactors” həmçinin kadrların idarəetməsi üzrə “bulud” həllər tədarükçüsüdür.
Həm “Oracle”, həm də “SAP” “bulud” həllər seqmentində mübarizə aparmaq üçün güc toplayır.
Emil
Baxış sayı: 1210
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır