12px13px15px17px
Tarix:13/02/12

“Azeurotel” MMC-nin ADSL abunəçilərinin sayında 20 faiz artım müşahidə olunur

Hazırda  "Azeurotel" MMC-nin əhalinin yüksəksürətli genişzolaqlı internet xidmətləri ilə təmin olunması istiqamətində görülən əməli işlərin nəticəsi olaraq ADSL abunəçilərinin sayı artıb.  

MMC-nin texniki məsələlər üzrə direktor müavini Eynulla Alquliyevin bildirdiyinə görə,  "Azeurotel"in internet istifadəçilərinin sayı artıq 5500 nəfərə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 1000-dən çox artım müşahidə olunur.


Qeyd edək ki, "Azeurotel" MMC ADSL avadanlıqlarını 10 ATS,15 ofis və yaşayış binaları daxil olmaqla 25 ərazidə quraşdıraraq sürətli internet xidməti göstərir.
 
 




Baxış sayı: 1517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024