12px13px15px17px
Tarix:01/07/11

Sahibkarlıq fəaliyyəti üçün fiziki şəxslər internet vasitəsilə qeydiyyata alınır

Cari ilin iyulun1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa onlayn rejimində qeydiyyata alınmasına başlanılıb.
Məqsəd Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaqdır.
Bakı Şəhəri Vergilər Departamenti Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Nigar Alimova bildirib ki, artıq sistemin proqram təminatı hazırlanaraq test rejimində yoxlanılıb. Vergi ödəyicilərinin onlayn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınacaqdır. 18 yaşı tamam olmuş və şəxsiyyət vəsiqəsi alan hər bir Azərbaycan vətəndaşı artıq onlayn rejimində qeydiyyata alına bilər.
Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinin göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcəkdir.



Baxış sayı: 2393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024