Tarix:02/07/11
İnternet-servis provayderlərin göstərdikləri xidmətlərə toxunan Vəlizadə qeyd edib ki, bu, istifadəçinin öz kompyuterindən tutmuş, məlumatların ötürülməsi sürətinə kimi çox komponentlərdən asılıdır.
"Bu məsələ kompleks baxılmanı tələb edir və hər bir halda konkret həll tapılmalıdır", - deyə nazir müavini bildirib. Bu gün problemlər əsasən müəyyən ərazilərdə baş verir. Bu, ATS-in istehlakçıya qədər olan məsafəsindən asılıdır. "Azərbaycanın telekommunikasiya infrastrukturu yeni informasiya texnologiyaları xidmətlərinin, o cümlədən genişzolaqlı xidmətlərin tətbiqinə tam hazırdır", - Vəlizadə vurğulayıb.
Əvvəllər Azərbaycanın ilk internet provayderi "Delta Telecom" şirkəti internet xidmətləri provayderləri üçün beynəlxalq kanalların icarə haqqı azaltdığını elan etmişdi.
İyulun 1-dən qüvvəyə minən "Delta Telecom"un beynəlxalq kanalların icarəsi üçün yeni tarifləri icarəyə götürülən buraxılış qabiliyyəti 100 Mbit/saniyədən çox olan hər əlavə alınan 1 Mbit/saniyə üçün 30 manat məbləğində (ƏDV-siz) müəyyən edilmiş dəyəri nəzərdə tutur.
Əvvəllər alınan əlavə 1 Mbit/saniyənin qiyməti 50 manat olub. 10 Gbit/s və daha yuxarı həcmdə trafiki icarə edən internet-servis provayderləri və iri korporativ istifadəçilər üçün hər 1 Mbit/saniyənin dəyəri ƏDV-siz 25 manata başa gələcək.
"Azərbaycanda internetin qiymətləri iki dəfə azala bilər"
"Delta Telecom" tərəfindən Azərbaycanda beynəlxalq kanallar üçün tariflərin azaldılması son nəticədə istehlak bazarında qiymətlərin azalmasına səbəb olacaq”. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə belə deyib. Onun sözlərinə görə, ilkin provayderin elan etdiyi tariflər istifadə qiymətlərinin iki dəfə azalmasına səbəb ola bilər. Bu, müəyyən müddətdən sonra hiss ediləcək.İnternet-servis provayderlərin göstərdikləri xidmətlərə toxunan Vəlizadə qeyd edib ki, bu, istifadəçinin öz kompyuterindən tutmuş, məlumatların ötürülməsi sürətinə kimi çox komponentlərdən asılıdır.
"Bu məsələ kompleks baxılmanı tələb edir və hər bir halda konkret həll tapılmalıdır", - deyə nazir müavini bildirib. Bu gün problemlər əsasən müəyyən ərazilərdə baş verir. Bu, ATS-in istehlakçıya qədər olan məsafəsindən asılıdır. "Azərbaycanın telekommunikasiya infrastrukturu yeni informasiya texnologiyaları xidmətlərinin, o cümlədən genişzolaqlı xidmətlərin tətbiqinə tam hazırdır", - Vəlizadə vurğulayıb.
Əvvəllər Azərbaycanın ilk internet provayderi "Delta Telecom" şirkəti internet xidmətləri provayderləri üçün beynəlxalq kanalların icarə haqqı azaltdığını elan etmişdi.
İyulun 1-dən qüvvəyə minən "Delta Telecom"un beynəlxalq kanalların icarəsi üçün yeni tarifləri icarəyə götürülən buraxılış qabiliyyəti 100 Mbit/saniyədən çox olan hər əlavə alınan 1 Mbit/saniyə üçün 30 manat məbləğində (ƏDV-siz) müəyyən edilmiş dəyəri nəzərdə tutur.
Əvvəllər alınan əlavə 1 Mbit/saniyənin qiyməti 50 manat olub. 10 Gbit/s və daha yuxarı həcmdə trafiki icarə edən internet-servis provayderləri və iri korporativ istifadəçilər üçün hər 1 Mbit/saniyənin dəyəri ƏDV-siz 25 manata başa gələcək.
Baxış sayı: 1079
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib