12px13px15px17px
Tarix:13/02/12

“Dilmanc” onlayn lüğətinin ingilis-Azərbaycan istiqaməti istifadəyə verilib

Bir neçə gün əvvəl “Dilmanc” layihəsi çərçivəsində yeni onlayn lüğətin rus-Azərbaycan istiqaməti istifadəyə verilmişdi. İndi onlayn lüğətə ingilis-Azərbaycan istiqaməti də əlavə edilib. Bu lüğətdə də rus-Azərbaycan lüğətinə analoji olaraq, yalnız sözlərin kökləri üzrə deyil, bütün söz-formalar üzrə axtarış aparmaq mümkündür.

Onlayn lüğətdən “http://dict.dilmanc.az” ünvanı vasitəsilə istifadə etmək mümkündür. Layihə çərçivəsində onlayn lüğətin yeni versiyaları və yeni dil istiqamətləri üzərində işlər davam etdirilir. Onu da qeyd edək ki, bu lüğət “Dilmanc” layihəsi çərçivəsində 2012-ci ilin əvvəlindən istifadəyə verilmiş ikinci linqvistik proqram məhsuludur.



Baxış sayı: 2338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024