12px13px15px17px
Tarix:02/07/11

Gənclərə mobil telekommunikasiya sənayesinə dair təlimlər keçirilir

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti “Alcatel-Lucent Azərbaycan” və “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ilə əməkdaşlıqda “Mobil Telekommunikasiya Biznesinə Giriş” (İMTB) proqramını davam etdirir. 2010-cu ilin sentyabr ayında başlayan proqram texniki sahə üzrə təhsil alan 45 tələbəyə işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin “Bakcell” və “Alcatel-Lucent” şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edir.
Proqram “Junior Achievement Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Proqramın mart və aprel aylarına təsadüf edən ilkin mərhələsində tələbələr işə hazırlıq və biznes etikası təlimlərində iştirak edib, sahəyə uyğun işə hazırlıq və korporativ etika haqqında öyrəniblər. Layihə JAA ilə “Alcatel-Lucent”in Türkiyə Universitetinin may ayı ərzində birgə təşkil etdiyi və mobil telekommunikasiyada informasiya texnologiyalarının istifadəsinə dair təlimlə davam edib. İMTB proqramının cari mərhələsində tələbələr mobil telekommunikasiya biznesinin fəaliyyəti və perspektivləri haqqında öyrənirlər.
Təlim proqramı “Bakcell”, “Alcatel-Lucent” və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovativ tədris vəsaiti əsasında təşkil olunub. Təqdim edilən vəsaitdə mobil rabitə şirkətində uğurlu karyera qurmaq üçün zəruri olan bilik və təcrübi imkanlar təqdim edilir. Təlim zamanı tələbələr İMTB web-portalının (www.imtb.mobi) imkanlarından da istifadə edirlər. 2010-cu ilin dekabrında istifadəyə verilən web-portal işə hazırlıq, biznes etikası, mobil şəbəkələrin əməliyyatı və mobil telekommunikasiyada informasiya texnologiyalarının istifadəsinə dair onlayn təlimlər təklif edir. İMTB proqramı 2011-ci ilin iyul və avqust aylarında “Bakcell”də keçiriləcək “İşə hazırlıq” proqramı üçün tələbələrin seçimi ilə davam edəcək. “Bakcell” şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, “Bakcell” Azərbaycanın telekommunikasiya bazarında aparıcı iştirakçı olaraq sürətlə artan bu sektorun inkişafına kömək edən ixtisaslı mütəxəssislərin hazırlanmasında öz rolunu anlayır: “Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir”.



Baxış sayı: 1329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024