12px13px15px17px
Tarix:14/02/12

Bu gün dünyada telefonun icad olunduğu gündür

Biz hamımız müxtəlif şəhər, ölkə və hətta planetin müxtəlif hissələrində olduqda bir-birimiz ilə ünsiyyət saxlamağa alışmışıq. Bu işdə bizə əlaqə vasitəsi kimi telefon kömək edir. İnsanların nə vaxtsa belə imkanının olmadığını təsəvvür etmək çox  çətindir. Axı ilk telefon yalnız 136 il əvvəl 14 fevral tarixində ixtira edilib.

Belə ki,  ilk telefon 1875-ci ildə Bostonda ixtira edilib. Alimlər - Aleksandr Qrem Bell və Tomas Uoston bir neçə membran tətbiq etməyə qərar verir. Həmin membranlar vasitəsi ilə elektromaqnitlər idarə olunur ki, bu da telefonun bütün konstruksiyasının əsasını təşkil edir.

Səsin ötürülməsi üçün elektrikdən istifadə etməyi ilk dəfə olaraq amerikalı Peydc fikirləşib. Bu texnologiyanın təkmilləşdirilməsində Amerikadan Qrem Bell və onun köməkçisi Tom Uotson, Filipp Reys iştirak ediblər.
1876-cı il fevral ayının 14-də Qrem Bell öz ixtirasını - telefonu ABŞ-da patentləşdirib və həmin il mart ayının 10-da telefon vasitəsi ilə ilk səsli xəbər ötürülüb.




Baxış sayı: 1933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024