12px13px15px17px
Tarix:14/02/12

“Mozilla” şirkəti “Firefox” veb-səyyahını “Windows 8” əməliyyat sistemi üçün adaptasiya edir

“Mozilla” şirkəti “Firefox” veb-səyyahının xüsusi olaraq “Windows 8” əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni versiyasını hazırlayır. Bu veb-səyyahın əsas xüsusiyyəti “Metro” interfeysi dəstəkləməsi olacaq.
Tərtibatçıların sözlərinə görə, yeni “Firefox” veb-səyyahı “Classic” və “Metro” adlı 2 proqram interfeysinə malik olacaq.

Adından məlum olduğu kimi, “Classic” proqram interfeysi görünüşcə hazırkı veb-səyyahdan cüzi fərqlənəcək. “Metro” interfeysdə isə bir çox dəyişikliklər ediləcək. Veb-səyyahın “Metro” versiyası, həmçinin planşetlərdə işləyəcək, “Mozilla” şirkətindən məlumat veriblər.

Yeni “Firefox” veb-səyyahı “Gecko” mühərrikinə əsaslanacaq. Bunun sayəsində veb-səyyah “Windows 8” əməliyyat sisteminin imkanlarından 100% istifadə edə biləcək.



EMİL




Baxış sayı: 1496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024