Tarix:15/02/12
"BMT"-nin (Birləşmiş Millətlər Təşkilatı) məlumatına görə, 2016-cı ilədək Yer kürəsinin əhalisi təxminən 7,3 milyard təşkil edəcək, halbuki 2016-cı ilədək internetə çıxışı olan mobil qurğuların sayı 10 milyardı ötəcək.
Mobil aparatların populyarlığı sayəsində qlobal mobil internet trafiki 2016-cı ilədək 18 dəfə artacaq (1 ay üçün 10,8 eksabayt və ya 1 il ərzində 130 eksabayta qədər) "Cisco" şirkətinin "Visual Networking Index" tədqiqatında qeyd edilib. Müqayisə üçün, 130 eksabayt – bu, təxminən 33 milyard DVD-disk məzmunu və ya 4.3 kvadrillion "MP3" fayl, yaxud 813 kvadrillion "SMS" mesaj deməkdir.
Analitiklərin məlumatına görə, 2016-cı ilədək dünyada mobil onlayn trafikin həcmi stasionar qurğuların analoji göstəricisini 3 dəfə ötəcək. Planşet kompyuterlərdə internet trafikin həcmi 5 il ərzində 62 dəfə artacaq.
"Cisco" şirkətinin proqnozuna görə, internet bağlantının orta sürəti gələcək 5 il ərzində 9 dəfə artacaq. Tədqiqat məlumatına görə, 2016-cı ilədək təxminən 4 milyard mobil qurğu "IPv6" internet-protokolunu dəstəkləyəcək.
EMİL
İnternetə çıxışı olan mobil aparatlar Yer kürəsi əhalisinin sayını ötəcək
İnternetə çıxışı olan mobil qurğular 2016-cı ilədək Yer kürəsi əhalisinin sayını ötəcək. Bu barədə "Cisco" şirkətinin tədqiqatında qeyd edilib."BMT"-nin (Birləşmiş Millətlər Təşkilatı) məlumatına görə, 2016-cı ilədək Yer kürəsinin əhalisi təxminən 7,3 milyard təşkil edəcək, halbuki 2016-cı ilədək internetə çıxışı olan mobil qurğuların sayı 10 milyardı ötəcək.
Mobil aparatların populyarlığı sayəsində qlobal mobil internet trafiki 2016-cı ilədək 18 dəfə artacaq (1 ay üçün 10,8 eksabayt və ya 1 il ərzində 130 eksabayta qədər) "Cisco" şirkətinin "Visual Networking Index" tədqiqatında qeyd edilib. Müqayisə üçün, 130 eksabayt – bu, təxminən 33 milyard DVD-disk məzmunu və ya 4.3 kvadrillion "MP3" fayl, yaxud 813 kvadrillion "SMS" mesaj deməkdir.
Analitiklərin məlumatına görə, 2016-cı ilədək dünyada mobil onlayn trafikin həcmi stasionar qurğuların analoji göstəricisini 3 dəfə ötəcək. Planşet kompyuterlərdə internet trafikin həcmi 5 il ərzində 62 dəfə artacaq.
"Cisco" şirkətinin proqnozuna görə, internet bağlantının orta sürəti gələcək 5 il ərzində 9 dəfə artacaq. Tədqiqat məlumatına görə, 2016-cı ilədək təxminən 4 milyard mobil qurğu "IPv6" internet-protokolunu dəstəkləyəcək.
EMİL
Baxış sayı: 1572
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib