12px13px15px17px
Tarix:15/02/12

Mobil rabitə üçün qlobal sistemlər üzrə Ümumdünya konqresi və sərgisi keçiriləcək

27 fevral – 1 mart 2012-ci il tarixlərdə İspaniyanın Barselona şəhərində GSMA's Mobile World Congress 2012 - mobil rabitə üçün qlobal sistemlər üzrə Ümumdünya konqresi və sərgisi keçiriləcək.

Hər il qeyd edilən konqres dünyada mobil və naqilsiz texnologiyalar sahəsində əlamətdar hadisələrdən hesab edilir. 1994-cü ildən keçirilən tədbirin təşkilatçısı Ümumdünya GSM Assosiasiyasıdır.
 
Tədbirdə bu sahənin aparıcı nümayəndələri - rabitə operatorları, mobil qurğu istehsalçıları və multiservis provayderləri toplanır.

GSMA MWC çərçivəsində naqilsiz rabitə bazarında liderlik edən şirkətlərin top-menecerləri mobil rabitə sənayesində aktual mövzuların, həmçinin bu sahədə gələcəyin texnologiyasının inkişaf perspektivlərinin müzakirə edildiyi görüş və seminarlar təşkil edirlər. Mobil innovasiyalar, mobil əlavələrin işlənməsi, açıq mobil sistemlər və mobil əyləncə GSMA-nın əsas mövzularındandır.
 
 




Baxış sayı: 1713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024