Tarix:15/02/12
Onun sözlərinə görə, hazırda Göyçayda mərkəzi stansiyadan başqa 16 kənd və qəsəbədə Sloveniyanın "İskratel" şirkəti istehsalı olan ən müasir NGN texnologiyalı ATS-lər qurulub. Bundan başqa rayonun 10 kəndində Türkiyənin "KAREL" şirkətinin istehsalı olan stansiyalar qurulub.
Göyçay rayonu üzrə mərkəzdə və kəndlərdə stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub ki, bu da sakinlərə keyfiyyətli telefon rabitəsi xidməti ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışının təmin olunması deməkdir. Hazırda rayonda internet xidməti təqdim edən "DATA Plus" MMC və "Aztelekom.net" internet provayderlərin abunəçilərinin sayı durmadan artır.
Rayonun mərkəzi məktəblərində şagirdlərin maariflənməsi məqsədilə mərkəzi ATS-də Azərbaycan Elm və təhsil şəbəkələri assosiasiyasının – "Azedunet"-in transmissiya avadanlığı quraşdırılıb və onun köməyi ilə məktəblərin beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edilib.
Qeyd edək ki, rayon şəbəkəsinin müasir texnologiya əsasında qurulması digər qurumların da modern xidmətlərlə təmin olunmasına şərait yaradır. Belə ki, Beynəlxalq Bank, rayon polis şöbəsi, tədris mərkəzi, rayon icra hakimiyyəti, ƏSMM, 9 saylı ərazi vergilər idarəsi, "AzNar"şirkəti mərkəzi ATS-ə optik kabellərlə qoşulub.
Göyçayın kənd və qəsəbələrində NGN ATS-lər qurulub
"Aztelekom"İB tərəfindən Göyçayda rabitə şəbəkəsinin ən müasir NGN texnologiyası əsasında tamamilə yenidən qurulması rayon rabitəsinin yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə Göyçay Telekommunikasiya Qovşağının rəisi İslam Əliyev bildirib.Onun sözlərinə görə, hazırda Göyçayda mərkəzi stansiyadan başqa 16 kənd və qəsəbədə Sloveniyanın "İskratel" şirkəti istehsalı olan ən müasir NGN texnologiyalı ATS-lər qurulub. Bundan başqa rayonun 10 kəndində Türkiyənin "KAREL" şirkətinin istehsalı olan stansiyalar qurulub.
Göyçay rayonu üzrə mərkəzdə və kəndlərdə stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub ki, bu da sakinlərə keyfiyyətli telefon rabitəsi xidməti ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışının təmin olunması deməkdir. Hazırda rayonda internet xidməti təqdim edən "DATA Plus" MMC və "Aztelekom.net" internet provayderlərin abunəçilərinin sayı durmadan artır.
Rayonun mərkəzi məktəblərində şagirdlərin maariflənməsi məqsədilə mərkəzi ATS-də Azərbaycan Elm və təhsil şəbəkələri assosiasiyasının – "Azedunet"-in transmissiya avadanlığı quraşdırılıb və onun köməyi ilə məktəblərin beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edilib.
Qeyd edək ki, rayon şəbəkəsinin müasir texnologiya əsasında qurulması digər qurumların da modern xidmətlərlə təmin olunmasına şərait yaradır. Belə ki, Beynəlxalq Bank, rayon polis şöbəsi, tədris mərkəzi, rayon icra hakimiyyəti, ƏSMM, 9 saylı ərazi vergilər idarəsi, "AzNar"şirkəti mərkəzi ATS-ə optik kabellərlə qoşulub.
Baxış sayı: 2026
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı