Tarix:15/02/12
ABŞ sərmayəçiləri “Apple”-ın dünyanın əksər ölkələrinin dövlət büdcəsini ötən və şirkəti dünya iqtisadiyyatının nəhəngləri sırasına yüksəldən nağd vəsaitlərini necə sərf etməsi ilə bağlı narahatlıqlarını dəfələrlə bildiriblər. Yanvarda keçirilən mütəmadi maliyyə hesabatı zamanı “Apple” 98 milyard dollar nağd vəsaitə malik olduğunu bəyan edib.
Sərmayəçilər qarşısında çıxış edən T.Kuk onları şirkətin strateji qərarları ilə bağlı təmkinli olmağa çağırıb. “Biz bu vəsaitləri qorumağı qarşımıza məqsəd qoymuruq. Mən sizdən yalnız bir qədər təmkinli olmanızı xahiş edirəm, belə ki, biz bu məsələni ətraflı düşünərək onu səhmdarların xeyrinə həll etmək istəyirik.
Biz artıq istehsal və tədarükün idarə olunması sisteminə, digər şirkətlərin alınmasına, biznes infrastrukturuna, eləcə də yeni data-mərkəzlərə külli miqdarda vəsait yatırırıq”, - deyə o qeyd edib.
“Apple”-ın biznes perspektivlərini şərh edən T.Kuk bildirib ki, smartfonlar sektoru hazırda “başgicəlləndirici” imkanlar təqdim edir. Planşet kompyuterlər seqmentinin inkişafı da proqnoz ediləndən daha sürətlə gedir,- deyə T.Kuk vurğulayıb.
“Apple” nağd pulları xərcləməyi bacarır
“Apple”-ın Direktorlar Şurası şirkətin nağd və qiymətli kağızlar şəklində malik olduğu 98 milyard dollar vəsaitin investisiya edilməsi strategiyası ilə bağlı müzakirələri fəallaşdırıb və istənilən halda bu məsələni sərmayəçilərin xeyrinə həll etmək niyyətindədir. Bu barədə “Goldman Sachs” bankında keçirilən texnoloji konfransda ABŞ korporasiyasının baş direktoru Tim Kuk bildirib.ABŞ sərmayəçiləri “Apple”-ın dünyanın əksər ölkələrinin dövlət büdcəsini ötən və şirkəti dünya iqtisadiyyatının nəhəngləri sırasına yüksəldən nağd vəsaitlərini necə sərf etməsi ilə bağlı narahatlıqlarını dəfələrlə bildiriblər. Yanvarda keçirilən mütəmadi maliyyə hesabatı zamanı “Apple” 98 milyard dollar nağd vəsaitə malik olduğunu bəyan edib.
Sərmayəçilər qarşısında çıxış edən T.Kuk onları şirkətin strateji qərarları ilə bağlı təmkinli olmağa çağırıb. “Biz bu vəsaitləri qorumağı qarşımıza məqsəd qoymuruq. Mən sizdən yalnız bir qədər təmkinli olmanızı xahiş edirəm, belə ki, biz bu məsələni ətraflı düşünərək onu səhmdarların xeyrinə həll etmək istəyirik.
Biz artıq istehsal və tədarükün idarə olunması sisteminə, digər şirkətlərin alınmasına, biznes infrastrukturuna, eləcə də yeni data-mərkəzlərə külli miqdarda vəsait yatırırıq”, - deyə o qeyd edib.
“Apple”-ın biznes perspektivlərini şərh edən T.Kuk bildirib ki, smartfonlar sektoru hazırda “başgicəlləndirici” imkanlar təqdim edir. Planşet kompyuterlər seqmentinin inkişafı da proqnoz ediləndən daha sürətlə gedir,- deyə T.Kuk vurğulayıb.
Baxış sayı: 1317
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır