12px13px15px17px
Tarix:16/02/12

“WiMAX” texnologiyasına tələbat azalır

“2011-ci ildə “WiMAX” məlumatın simsiz ötürülməsi texnologiyasını dəstəkləyən bir çox rabitə operatorlarının “LTE” şəbəkələrinə keçmələri ilə əlaqədar olaraq  bu texnologiya ilə təchiz edilən çiplərə tələbat azalıb. Bu tendensiya gələcəkdə də davam edəcək”.

  “WiMAX”ın baza stansiyaları üçün abunə stansiyaları və mikrosxem dəstlərini təsdarük edən Fransanın “Sequans Communications SA” şirkəti belə hesab edir.

Bir çox iri “WiMAX” mikrosxem istehsalçıları artıq bu məhsulun hazırlanmasını dayandırıblar və diqqətlərini mobil məlumatların ötürülməsini və 4G şəbəkəsinin inkişafını nəzərdə tutan Long Term Evolution (LTE)  məhsuluna yönəldiblər.

“Infonetics Research” şirkətinin keçən il keçirilmiş tədqiqatlarından birində qeyd edilib ki, 2011-ci ilin aprel-iyun ayları ərzində “LTE seqmentində 600 milyon dollar dəyərində avadanlıq satılıb, lakin “WiMAX” bazarı üzrə analoji göstərici 500 milyon təşkil edib.
 

 
EMİL




Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024