Tarix:16/02/12
Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə çəkiləcək ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Bundan başqa rayonda daha 14 kənd ATS-nin birləşdirici xətti optik kabellə təmin olunub. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.
Rayonda internetə tələbat çox böyükdür. Hal-hazırda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.
C.Yusifov daha sonra bildirdi ki,əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
Bu barədə danışan C.Yusifov rabitəni əhaliyə bir qədər də yaxın etmək üçün bu addımı ən optimal variant hesab etdiklərini bildirdi.İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
RƏVAN
Şəmkirin iki kəndində ATS tikilir
Şəmkirdə əhalinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilir. Şəmkir Telekommunikasiya Qovşağının rəisi Cavanşir Yusifovun bildirdiyinə görə, rayonun əvvəllər telefonlaşdırılmamış Mahmudlu kəndində 256, Yeni Həyat kəndində isə 512 nömrə tutumlu elektron ATS-lər tikilərək istifadəyə verilməsi gözlənilir.Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə çəkiləcək ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Bundan başqa rayonda daha 14 kənd ATS-nin birləşdirici xətti optik kabellə təmin olunub. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.
Rayonda internetə tələbat çox böyükdür. Hal-hazırda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.
C.Yusifov daha sonra bildirdi ki,əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
Bu barədə danışan C.Yusifov rabitəni əhaliyə bir qədər də yaxın etmək üçün bu addımı ən optimal variant hesab etdiklərini bildirdi.İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
RƏVAN
Baxış sayı: 1631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı