12px13px15px17px
Tarix:04/07/11

TASİM layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub

"Trans-Avrasiya Super İnformasiya Magistralı " (TASİM) layihəsində maraqlı olan iştirakçı ölkələr layihənin reallaşdırılması üçün gələcək strategiyanı müzakirə etmək məqsədilə görüş keçirəcəklər. TASİM layihəsi üzrə işçi qrupun rəhbəri İlyas Naibov-Əylislinin sözlərinə görə, bu görüşün keçirilməsinin əsas məqsədlərindən biri Anlaşma Memorandumunun hazırlanmasıdır.
"Memorandum kifayət qədər mürəkkəb sənəddir, orada layihənin həyata keçirilməsi prinsipləri və strategiyası, iştirakçıların payı, tranzit siyasəti və ölkələrin tranzit tarifləri və s. öz əksini tapmalıdır. Hazırda başlıca məsələ iştirakçı ölkələrin prinsipial razılığına nail olmaqdır və bütün sadalanan məsələlər qarşıdakı görüş çərçivəsində müzakirələrin əsas mövzusu olacaq", - deyə o bildirib.
Layihəyə artıq Rusiya ("Rostelekom"), Qazaxıstan ("Qazaxtelekom"), Türkiyə (Turktelecom) və Çin (ChinaTelecom-) kimi ölkələr, eləcə də yerli operatorlar cəlb edilib. Naibov-Əylislinin sözlərinə görə,hazırda layihəyə cəlb edilmək üçün Gürcüstan və Ukrayna ilə də danışıqlar aparılır. Sonuncu məsələyə hökumətlərarası səviyyədə baxılır. Yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti bu layihənin detallarını müzakirə etmək üçün Ukraynaya səfər edəcək.
"Ukrayna da bu istiqamətdə danışıqlar aparır və çox güman ki, bu layihədə ölkəni "Ukrtelekom" təmsil edəcək. Gürcüstana gəldikdə isə orada operator hələlik müəyyən olunmayıb", - Naibov-Əylisli deyib.



Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024