Tarix:17/02/12
Buna bənzər problemlərin aradan qaldırılması və vətəndaşların məlumat mənbələrinə maksimal şəkildə rahat daxil olması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi məlumat portalını yaratmaq qərarını qəbul etdi. Bu portal vasitəsilə lazımi nəşrlər barədə maksimal olaraq tam məlumatı qısa zamanda almaq mümkündür. Layihə, onu uğurla həyata keçirən "ULTRA" şirkətinə həvalə edildi.
«Elektron kitabxana» portalı – tələb olunan nəşr barədə tam məlumatı təqdim edən məlumat resursudur. Rahat naviqasiya və axtarış sistemi sayəsində sayt ziyarətçiləri bu və ya digər ədəbiyyatı əldə etmək üçün ən yaxın kitabxananın ünvanını dərhal öyrənə bilərlər.
Sistem portalın mərkəzləşdirilmiş idarəetmə paneli vasitəsilə idarə olunur. Bu panelə M.F.Axundov adına Milli kitabxananın kitabxana-məlumat sistemi ilə inteqrasiyanı həyata keçirən modul yerləşdirilib. Bununla yanaşı, sayt istifadəçiləri elektron kataloq, qeydiyyat, kitabların verilməsi, hesabat kimi funksiyalardan istifadə edə bilərlər.
«Elektron kitabxana» sisteminə avtonom rejimdə çalışa bilən ayrıca sistem olan «Lokal kitabxana» modulu yerləşdirilib ki, bu da daha əvvəl kompyuterləşdirilməmiş kitabxananın portala qoşulmasına imkan verir.
Ziyarətçilərə olan xidmətlərin sürətinin artırılması üçün portalda kitabların onlayn bron edilməsi sistemi tətbiq edilib. Qeydiyyatdan keçərək və bununla saytda öz şəxsi profilini yaradan istənilən şəxs lazımi nəşri «bron etmək» imkanını əldə edir, sonra oxucu kitabxanada lazımi kitabı əldə etmək üçün ona kod verilir.
Həmçinin qeyd etmək lazımdır ki, sistemə qoşulan hər bir yeni kitabxana üçün portal əlavə domen adı (sub-domen) və ayrıca sayt yaratmaq üçün vasitələr təqdim edir. Bu vasitə ilə ayrıca götürülmüş kitabxananın elektron kataloquna daxil olmaq mümkün olur.
RƏVAN
«Elektron kitabxana» portalı yaradılıb
Bugünkü gün Azərbaycanın kitabxanaları daim bədii və ixtisaslaşdırılmış ədəbiyyatlarla artan geniş fonda malikdir. Lakin vətəndaşlar lazımi nəşrin kitabxananın fondunda olub-olmadığı üçün kitabxana seçimində tez-tez çətinliklərlə qarşılaşırlar.Buna bənzər problemlərin aradan qaldırılması və vətəndaşların məlumat mənbələrinə maksimal şəkildə rahat daxil olması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi məlumat portalını yaratmaq qərarını qəbul etdi. Bu portal vasitəsilə lazımi nəşrlər barədə maksimal olaraq tam məlumatı qısa zamanda almaq mümkündür. Layihə, onu uğurla həyata keçirən "ULTRA" şirkətinə həvalə edildi.
«Elektron kitabxana» portalı – tələb olunan nəşr barədə tam məlumatı təqdim edən məlumat resursudur. Rahat naviqasiya və axtarış sistemi sayəsində sayt ziyarətçiləri bu və ya digər ədəbiyyatı əldə etmək üçün ən yaxın kitabxananın ünvanını dərhal öyrənə bilərlər.
Sistem portalın mərkəzləşdirilmiş idarəetmə paneli vasitəsilə idarə olunur. Bu panelə M.F.Axundov adına Milli kitabxananın kitabxana-məlumat sistemi ilə inteqrasiyanı həyata keçirən modul yerləşdirilib. Bununla yanaşı, sayt istifadəçiləri elektron kataloq, qeydiyyat, kitabların verilməsi, hesabat kimi funksiyalardan istifadə edə bilərlər.
«Elektron kitabxana» sisteminə avtonom rejimdə çalışa bilən ayrıca sistem olan «Lokal kitabxana» modulu yerləşdirilib ki, bu da daha əvvəl kompyuterləşdirilməmiş kitabxananın portala qoşulmasına imkan verir.
Ziyarətçilərə olan xidmətlərin sürətinin artırılması üçün portalda kitabların onlayn bron edilməsi sistemi tətbiq edilib. Qeydiyyatdan keçərək və bununla saytda öz şəxsi profilini yaradan istənilən şəxs lazımi nəşri «bron etmək» imkanını əldə edir, sonra oxucu kitabxanada lazımi kitabı əldə etmək üçün ona kod verilir.
Həmçinin qeyd etmək lazımdır ki, sistemə qoşulan hər bir yeni kitabxana üçün portal əlavə domen adı (sub-domen) və ayrıca sayt yaratmaq üçün vasitələr təqdim edir. Bu vasitə ilə ayrıca götürülmüş kitabxananın elektron kataloquna daxil olmaq mümkün olur.
RƏVAN
Baxış sayı: 1894
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib