Tarix:17/02/12
Bu Qaydalar "Fövqəladə vəziyyət haqqında", "Poçt haqqında", "Telekommunikasiya haqqında" qanunlara, "Fövqəladə vəziyyət haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 231 nömrəli Fərmanına əsasən hazırlanıb və fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin ilk növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi, rabitə şəbəkələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, abunəçilərə və istifadəçilərə rabitə xidmətlərinin göstərilməsi istiqamətlərini müəyyən edir.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutulduqda, bu qaydalarla müəyyən edilmiş rabitədən istifadə üçün xüsusi tələblərə riayət olunmalıdır.
Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.
Fövqəladə vəziyyət şəraitində mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorlarının və müəssisələrinin hüquqlarının və qanuni mənafelərinin, rabitə xidmətlərindən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu tədbirlər ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrı-seçkiliyinə səbəb olmamalıdır.
SEYMUR
"Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar" təsdiq olundu
Nazirlər Kabineti "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edilməsi haqqında qərar verib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, qərar "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin icrasını təmin etmək məqsədi daşıyır.Bu Qaydalar "Fövqəladə vəziyyət haqqında", "Poçt haqqında", "Telekommunikasiya haqqında" qanunlara, "Fövqəladə vəziyyət haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 231 nömrəli Fərmanına əsasən hazırlanıb və fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin ilk növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi, rabitə şəbəkələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, abunəçilərə və istifadəçilərə rabitə xidmətlərinin göstərilməsi istiqamətlərini müəyyən edir.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutulduqda, bu qaydalarla müəyyən edilmiş rabitədən istifadə üçün xüsusi tələblərə riayət olunmalıdır.
Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.
Fövqəladə vəziyyət şəraitində mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorlarının və müəssisələrinin hüquqlarının və qanuni mənafelərinin, rabitə xidmətlərindən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu tədbirlər ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrı-seçkiliyinə səbəb olmamalıdır.
SEYMUR
Baxış sayı: 1770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı