Tarix:17/02/12
"Opera" şirkəti ABŞ-da fəaliyyət göstərən "Mobile Theory" reklam şəbəkəsi üçün 18 milyon dollar, mobil reklam kampaniyalarında ixtisaslaşmış "4th Screen Advertising" ingilis agentliyi üçün isə 8 milyon dollar ödəyəcək.
Bu, "Opera" şirkətinin reklam biznesi sahəsində ilk satınalması deyil. Şirkət 2 il əvvəl "AdMarvel" şirkətini satın alıb. "Opera Software" yeni şirkətləri almaqla platformanın imkanlarını genişləndirməyi nəzərdə tutur.
Məlumat üçün qeyd edim ki, Norveçin "Opera Software ASA" şirkəti fərdi kompyuter və mobil qurğular üçün veb-səyyahlar hazırlayır. "Opera" veb-səyyahlarının həm stolüstü ("Windows", "MacOS", "Linux" və s.), həm də mobil platformalar ("Symbian", "Maemo", "Java", "Android", "iPhone") üçün versiyaları mövcuddur. "StatCounter" analitik şirkətinin məlumatına görə, "Opera" veb-səyyahının stolüstü kompyuterlər üçün payı təxminən 2% təşkil edir.
EMİL
“Opera” şirkəti mobil reklam üzrə ixtisaslaşmış iki şirkət satın alacaq
Norveçin "Opera" şirkəti reklam sahəsi ilə məşğul olan "Mobile Theory" və "4th Screen Advertising" şirkətlərini satın almaq planları haqqında elan edib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, plana əsasən, bu satınalmalar "Opera Mini" və "Opera Mobile" mobil səyyahları vasitəsilə yaradılan trafikdən daha çox pul qazanmağa kömək edəcək."Opera" şirkəti ABŞ-da fəaliyyət göstərən "Mobile Theory" reklam şəbəkəsi üçün 18 milyon dollar, mobil reklam kampaniyalarında ixtisaslaşmış "4th Screen Advertising" ingilis agentliyi üçün isə 8 milyon dollar ödəyəcək.
Bu, "Opera" şirkətinin reklam biznesi sahəsində ilk satınalması deyil. Şirkət 2 il əvvəl "AdMarvel" şirkətini satın alıb. "Opera Software" yeni şirkətləri almaqla platformanın imkanlarını genişləndirməyi nəzərdə tutur.
Məlumat üçün qeyd edim ki, Norveçin "Opera Software ASA" şirkəti fərdi kompyuter və mobil qurğular üçün veb-səyyahlar hazırlayır. "Opera" veb-səyyahlarının həm stolüstü ("Windows", "MacOS", "Linux" və s.), həm də mobil platformalar ("Symbian", "Maemo", "Java", "Android", "iPhone") üçün versiyaları mövcuddur. "StatCounter" analitik şirkətinin məlumatına görə, "Opera" veb-səyyahının stolüstü kompyuterlər üçün payı təxminən 2% təşkil edir.
EMİL
Baxış sayı: 1231
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır