Tarix:18/02/12
Artıq BTRİB yaxın günlərdə bu sahədə ən böyük yeniliklərini açıqlayaraq konkret işlərə başlayacaq. Burada söhbət Bakının hər hansı qəsəbə və şəhərciklərində xüsusi internetə çıxış şəbəkəsinin yaradılmasından gedir.
Bu sahədə bir çox şirkətlər ilkin işlər görsələr də, bu, o qədər uğurlu alınmayıb və birlik potensial imkanlarından istifadə edərək hər bir mənzil üçün genişzolaqlı internetə çıxış üçün abunəçinin mənzilinə qədər optik kabeldən istifadə etmək niyyətindədir. Belə ki, istehlakçılar "FTTH" (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar.
Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində daha böyük addım sayılacaq bu layihə istifadəçiləri heyrətləndirə biləcək qədər keyfiyyət vəd edir.
Burada "Aztelekom"İB-nin Abşeronda gerçəkləşdirdiyi "GPON" avadanlığı vasitəsi ilə həyata keçirdiyi işlərin qazanılmış keyfiyyətləri özünü göstərəcək.
Avropa və digər xarici ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü çox gözəl göstərib və layihə xüsusilə kaprizli istifadəçilərin "internetə sürətli çıxış yoxdur" sözlərini tamamilə aradan qaldırıb.
Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.
RƏVAN
Bakıda “Fiber to the Home” layihəsi daha sürətli internet vəd edir
Bakıda internetin evlərə daha sürətli və daha keyfiyyətli çatdırılması istiqamətində işlər aparılır. Bu sahədə özəl provayderlər potensial müştərilərini qaçırmamaq üçün daha iri addımlar atır. Eyni zamanda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və "Ultel" MMC də bu sahədə yeni layihələr üzərində işləyir.Artıq BTRİB yaxın günlərdə bu sahədə ən böyük yeniliklərini açıqlayaraq konkret işlərə başlayacaq. Burada söhbət Bakının hər hansı qəsəbə və şəhərciklərində xüsusi internetə çıxış şəbəkəsinin yaradılmasından gedir.
Bu sahədə bir çox şirkətlər ilkin işlər görsələr də, bu, o qədər uğurlu alınmayıb və birlik potensial imkanlarından istifadə edərək hər bir mənzil üçün genişzolaqlı internetə çıxış üçün abunəçinin mənzilinə qədər optik kabeldən istifadə etmək niyyətindədir. Belə ki, istehlakçılar "FTTH" (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar.
Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində daha böyük addım sayılacaq bu layihə istifadəçiləri heyrətləndirə biləcək qədər keyfiyyət vəd edir.
Burada "Aztelekom"İB-nin Abşeronda gerçəkləşdirdiyi "GPON" avadanlığı vasitəsi ilə həyata keçirdiyi işlərin qazanılmış keyfiyyətləri özünü göstərəcək.
Avropa və digər xarici ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü çox gözəl göstərib və layihə xüsusilə kaprizli istifadəçilərin "internetə sürətli çıxış yoxdur" sözlərini tamamilə aradan qaldırıb.
Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.
RƏVAN
Baxış sayı: 1416
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib