12px13px15px17px
Tarix:18/02/12

İT nəhənglər “Parallels” şirkətinin “bulud” platformasına qoşulublar

“Google”, “Symantec”, “VMware”, “McAfee” və “Zymbra” kimi şirkətlər daxil olmaqla, ”bulud” əlavələrinin iri istehsalçıları “bulud” əlavələrini şəxsi “bulud” xidmətləri təchizatçıları vasitəsi ilə satmağa imkan yaradan “Parallels” şirkətinin “bulud” platformasına qoşulublar,- cümə günü “Parallels” şirkəti məlumat verib.

“APS” (Application Publishing Standard) təşəbbüsü “bulud” əlavələrinin iri və müstəqil istehsalçılarına kiçik və orta biznes üçün “bulud” xidmətləri təchizatçısı olmağa imkan yaradır. Onlar isə öz növbəsində, bu əlavələri  sifarişçilərinə satacaqlar.

Provayderlərin gəlirinin bir hissəsi istehsalçılara birbaşa köçürüləcək, lakin məbləğin konkret ölçüsü razılaşmadan asılıdır. Bugünkü gündə “APS” standartlaşdırmasından 300 əlavə keçib, “Parallels” şirkətinin müştəri bazası isə 5000 provayderdən ibarətdir.



EMİL
 




Baxış sayı: 1273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024