12px13px15px17px
Tarix:20/02/12

Satışda olan nömrələr üzrə axtarış xidməti istifadəyə verilib

www.mysim.az internet səhifəsi vasitəsilə “Azercell Telekom” MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə axtarış xidməti artiq istifadəyə verilib.  “İCTnews”elektron xəbər xidmətinin məlumatına görə, “Barama” İnnovasiya Mərkəzində reallaşan bu layihə barama iştirakçısı Zaur Rəhimovundur. 

Layihənin əsas məqsədləri abonentlərə istənilən nömrənin axtarışında dəstək, müştəri məmnuniyyətinin artırılması, mobil operatorun xidmətlərinin, kampaniyalarının və “Azercell”in diler şəbəkəsinin reklamıdır.

Layihənin ilk mərhələsində birinci kateqoriyalı dilerlər iştirak edirlər. Növbəti mərhələdə ikinci və üçüncü kateqoriyalı dilerlər əlavə olunacaqlar. Üçüncü mərhələdə SMS vasitəsilə axtarış sistemini tətbiq etmək planlaşdırılır.

Qeyd edək ki, “Barama” layihəsinin əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. “Barama” hər bir gəncə yaradıcı imkanlarını inkişaf etdirmək, ən cəsarətli ideyalarını gerçəkləşdirmək və öz biznesinin təməlini qoymaq şansını verir.


HƏQİQƏT




Baxış sayı: 2710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024