Tarix:20/02/12
"Microsoft" korporasiyası "bingauto.us", "bingcar.us", "bingcars.us", "binghome.us", həmçinin "bingcars.net", "bingauto.net" və "binghomes.net" domen sahiblərini "Bing" axtarış sisteminin ticarət nişanından qanunsuz istifadə etməkdə ittiham edib.
Korporasiya ABŞ-ın Milli Arbitraj Forumuna verdiyi 2 şikayətdə iddia edib ki, yuxarıda sadalanan domen adları eynidir və ya "Bing" ticarət brendinə səhv salma dərəcəsinə qədər oxşardır.
Sənədlərə əsasən, "Microsoft" korporasiyası "Bing" ticarət brendini 2009-cu ilin may ayında qeydiyyatdan keçirib, "bing.com" domeni isə 1996-cı ilin yanvar ayından şirkətə məxsusdur.
Cavabdehin sözlərinə görə, saytlarda hüququ "Microsoft" korporasiyasına aid olan loqotip və ya digər materiallar istifadə olunmur. Bildirilib ki, "bing" sözü müxtəlif dillərdə müxtəlif mənalara malikdir, iddiaçı isə bu sözü inhisarlaşdırmaq niyyətindədir.
EMİL
“Microsoft” 7 domen adına hüquq əldə edəcək
"Microsoft" korporasiyası "Bing" axtarış sistemi adının qanunsuz olaraq istifadə edildiyi 7 domen adına hüquq əldə edəcək. ABŞ-ın Milli Arbitraj Forumunun (National Arbitration Forum) çıxardığı qətnamədə belə qeyd olunub."Microsoft" korporasiyası "bingauto.us", "bingcar.us", "bingcars.us", "binghome.us", həmçinin "bingcars.net", "bingauto.net" və "binghomes.net" domen sahiblərini "Bing" axtarış sisteminin ticarət nişanından qanunsuz istifadə etməkdə ittiham edib.
Korporasiya ABŞ-ın Milli Arbitraj Forumuna verdiyi 2 şikayətdə iddia edib ki, yuxarıda sadalanan domen adları eynidir və ya "Bing" ticarət brendinə səhv salma dərəcəsinə qədər oxşardır.
Sənədlərə əsasən, "Microsoft" korporasiyası "Bing" ticarət brendini 2009-cu ilin may ayında qeydiyyatdan keçirib, "bing.com" domeni isə 1996-cı ilin yanvar ayından şirkətə məxsusdur.
Cavabdehin sözlərinə görə, saytlarda hüququ "Microsoft" korporasiyasına aid olan loqotip və ya digər materiallar istifadə olunmur. Bildirilib ki, "bing" sözü müxtəlif dillərdə müxtəlif mənalara malikdir, iddiaçı isə bu sözü inhisarlaşdırmaq niyyətindədir.
EMİL
Baxış sayı: 1508
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib