12px13px15px17px
Tarix:21/02/12

"Twitter" mikrobloq servisin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır

"Twitter Inc." şirkəti "Twitter" mikrobloq servisinin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır. Bu barədə "Barkamp" təşkilatının layihə meneceri İlqar Mirzə məlumat verib.

"Şirkət mikrobloqun bir neçə dilə tərcüməsini başa çatdırıb. Rəsmi relizdən sonra servisin Azərbaycan dilinə tərcüməsinə başlanacaq", - Mirzə deyib.

Twitter-in Azərbaycan dilinə lokallaşdırılması məsələsi "Barkamp" nümayəndələrinin Twitter-in San-Fransiskoda yerləşən mənzil-qərargahına səfəri çərçivəsində müzakirə mövzusu olub. "Twitter" rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu və versiyasının yaradılmasının onun populyarlığını daha da artıracağına inamını ifadə edib.

Bu gün servis rəsmi olaraq 22 dili dəstəkləyir.
Bundan başqa, Twitter rəhbərliyi ilə lokal internet-resursların, məsələn http://aztwi.com/ resursunun daha da inkişafı etməsi üçün ona texniki dəstəyin göstərilməsi məsələsi müzakirə olunub.
 




Baxış sayı: 1623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024