12px13px15px17px
Tarix:21/02/12

Pensiyaların bankomatlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilir

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, bu işlər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilir: ”Fond tərəfindən 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. 2012-ci ilin 1 yanvar tarixinə, pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub”.

Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib: ”Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi, sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır”.
 
HƏQİQƏT





Baxış sayı: 1344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024