12px13px15px17px
Tarix:21/02/12

İran sakinləri yenidən internetə çıxış imkanından məhrum ediliblər

“Röyters” xəbər agentliyinin məlumatına görə, dünən, fevral ayının 20-si tarixində İran sakinləri 10 gün ərzində artıq ikinci dəfə internetə çıxış imkanından məhrum ediliblər. İranın Tehran, İsfahan və Məşhəd daxil olmaqla, ən böyük şəhərlərinin sakinləri elektron poçt və sosial şəbəkələrə daxil ola bilməyiblər. Həmçinin yerli provayderlərin “HTTPS” protokolu üzrə bütün trafiki blok etdikləri bildirilib.

"Https ilə başlayan elektron poçt, proksi-serverlər, bütün təhlükəsiz kanallar istifadəçilər üçün əlçatmazdır. “Facebook” və “Twitter”ə giriş tamamilə bağlanıb" -  “Röyters” xəbər agentliyi İran mənbələrinə istinadən yazıb.Blok etmənin səbəbləri haqqında hələ ki heç nə bildirilməyib.




 
EMİL




Baxış sayı: 1496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024