Tarix:22/02/12
Nazirlikdən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, konfransın əsas məqsədi müstəqillik illərində Özbəkistanda təhsil sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından, rəqabət qabiliyyətli, yüksək ixtisaslı kadrların hazırlanmasında dövlətin rolu və fasiləsiz təhsilin gələcək perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub.
Konfransda dünyanın 40-dan çox ölkəsindən gəlmiş nümayəndələr, o cümlədən bir sıra ölkələrin təhsil nazirləri, BMT-nin yüksək səlahiyyətli nümayəndəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının rəhbərləri iştirak ediblər.
Beynəlxalq konfransın plenar iclasını Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov açıb. İslam Kərimov Özbəkistanda təhsil sahəsində əldə olunmuş nailiyyətlər, o cümlədən təhsil islahatları üzrə dövlət proqramının nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Seksiyalar "Məktəb təhsili intellektual inkişaf etmiş nəslin tərbiyəsinin əsası kimi", "Peşə təhsili və müasir əmək bazarının formalaşması", "Ali təhsilin inkişafının prioritetləri və ölkənin modernləşdirilməsində onun rolu", "Müasir informasiya-kommunikasiya texnologiyaları təhsil prosesində", "Təhsil və elm–fasiləsiz əlaqə", "Təhsil və mədəniyyətin inkişafı" mövzularına həsr olunub.
Təhsil naziri Misir Mərdanov konfransda çıxış edib.
Nazir çıxışında dünyada təhsilin inkişaf strategiyalarının işlənməsi təcrübəsi, Azərbaycanda ölkə Prezidentinin sərəncamı ilə hazırlanmaqda olan "Azərbaycan–2020: gələcəyə baxış" konsepsiyası və onun tərkib hissəsi olan təhsil strategiyası, eləcə də son illərdə aparılan təhsil islahatları və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
SEYMUR
İntellektual təhsil məsələləri beynəlxalq konfransda müzakirə olunub
Təhsil naziri Misir Mərdanov Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Təhsilli və intellektual inkişaf etmiş nəslin yetişdirilməsi – ölkənin davamlı inkişafı və modernləşdirilməsinin mühüm amili kimi" adlı beynəlxalq konfransda iştirak edib.Nazirlikdən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, konfransın əsas məqsədi müstəqillik illərində Özbəkistanda təhsil sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından, rəqabət qabiliyyətli, yüksək ixtisaslı kadrların hazırlanmasında dövlətin rolu və fasiləsiz təhsilin gələcək perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub.
Konfransda dünyanın 40-dan çox ölkəsindən gəlmiş nümayəndələr, o cümlədən bir sıra ölkələrin təhsil nazirləri, BMT-nin yüksək səlahiyyətli nümayəndəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının rəhbərləri iştirak ediblər.
Beynəlxalq konfransın plenar iclasını Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov açıb. İslam Kərimov Özbəkistanda təhsil sahəsində əldə olunmuş nailiyyətlər, o cümlədən təhsil islahatları üzrə dövlət proqramının nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Seksiyalar "Məktəb təhsili intellektual inkişaf etmiş nəslin tərbiyəsinin əsası kimi", "Peşə təhsili və müasir əmək bazarının formalaşması", "Ali təhsilin inkişafının prioritetləri və ölkənin modernləşdirilməsində onun rolu", "Müasir informasiya-kommunikasiya texnologiyaları təhsil prosesində", "Təhsil və elm–fasiləsiz əlaqə", "Təhsil və mədəniyyətin inkişafı" mövzularına həsr olunub.
Təhsil naziri Misir Mərdanov konfransda çıxış edib.
Nazir çıxışında dünyada təhsilin inkişaf strategiyalarının işlənməsi təcrübəsi, Azərbaycanda ölkə Prezidentinin sərəncamı ilə hazırlanmaqda olan "Azərbaycan–2020: gələcəyə baxış" konsepsiyası və onun tərkib hissəsi olan təhsil strategiyası, eləcə də son illərdə aparılan təhsil islahatları və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
SEYMUR
Baxış sayı: 1303
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır