Tarix:22/02/12
“İntel” şirkətinin mətbuat katibi Çak Malloy bildirib ki, şirkət hazırda 22 nanometr texnoloji prosesə keçid üçün şəxsi obyektlərini müasirləşdirir və bu işlər başa çatdıqdan sonra sifariş üzrə mikroçip istehsalı istiqamətini genişləndirəcək.
Onun sözlərinə görə, bir çox potensial mikroçip sifarişçiləri artıq hazırda "chip-to-order" sazişi bağlamağa və şəxsi mikroçip istehsalı üçün “İntel” korporasiyasının obyektlərindən istifadə etməyə hazırdırlar, lakin şirkət özü hələ bu prosesə hazır deyil. Şirkət əvvəlcə 22 nanometr texnoloji proses üzrə hazırlanan prosessorların leptop və stolüstü fərdi kompyuterlər üçün sınaq partiyasını istehsal etmək niyyətindədir.
“İntel” korporasiyası sifariş əsasında çiplərin istehsal biznesi ilə ilk dəfə 2 il əvvəl məşğul olub. O zaman bu istiqamətlə məşğul olan korporativ bölmə yaradılmışdı. Həmin bölmə bazarı araşdırır, “İntel” korporasiyası və onun imkanlarını təhlil edirdi. Şirkətin mətbuat katibi bildirib ki, “İntel” korporasiyası hələ istehsal biznesinin nə qədər böyük olacağına qərar verməyib, lakin bu biznesin şirkətin gəlirini artıracağına şübhə yoxdur.
EMİL
“İntel” korporasiyası digər şirkətlər üçün mikroçiplər istehsal edəcək
“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, dünyanın ən böyük mikroprosessor istehsalçısı “İntel” korporasiyası öz istehsal obyektlərinin kənar istehsalçılar üçün açılması imkanını müzakirə edir.“İntel” şirkətinin mətbuat katibi Çak Malloy bildirib ki, şirkət hazırda 22 nanometr texnoloji prosesə keçid üçün şəxsi obyektlərini müasirləşdirir və bu işlər başa çatdıqdan sonra sifariş üzrə mikroçip istehsalı istiqamətini genişləndirəcək.
Onun sözlərinə görə, bir çox potensial mikroçip sifarişçiləri artıq hazırda "chip-to-order" sazişi bağlamağa və şəxsi mikroçip istehsalı üçün “İntel” korporasiyasının obyektlərindən istifadə etməyə hazırdırlar, lakin şirkət özü hələ bu prosesə hazır deyil. Şirkət əvvəlcə 22 nanometr texnoloji proses üzrə hazırlanan prosessorların leptop və stolüstü fərdi kompyuterlər üçün sınaq partiyasını istehsal etmək niyyətindədir.
“İntel” korporasiyası sifariş əsasında çiplərin istehsal biznesi ilə ilk dəfə 2 il əvvəl məşğul olub. O zaman bu istiqamətlə məşğul olan korporativ bölmə yaradılmışdı. Həmin bölmə bazarı araşdırır, “İntel” korporasiyası və onun imkanlarını təhlil edirdi. Şirkətin mətbuat katibi bildirib ki, “İntel” korporasiyası hələ istehsal biznesinin nə qədər böyük olacağına qərar verməyib, lakin bu biznesin şirkətin gəlirini artıracağına şübhə yoxdur.
EMİL
Baxış sayı: 1214
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır