Tarix:22/02/12
Dövlət orqanları ilə birgə aparılan işin nəticəsində reyestri idarə edən "İdarəetmə strukturu və kadr potensialı sistemi"nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılıb və sistemləşdirilib. 2011-ci ildə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanı üzrə əlavə olaraq ümumilikdə 9957 dövlət qulluqçusu barədə məlumat toplanıb və reyestrin məlumat bazasına əlavə edilib.
Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Hazırda reyestr mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə 19925 dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib.
Hazırda dövlət orqanları üzrə məsul şəxslərlə işin təşkili üçün yeni proqram təminatı hazırlanır.
Bu proqram təminatı imkan verəcək ki, məsul şəxs dövlət qulluqçuları barədə baş vermiş dəyişiklikləri operativ olaraq dəyişib komissiyaya göndərə bilsin.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komissiyanın 2011-ci il ərzində fəaliyyəti barədə hesabatının informasiya texnologiyaları sahəsində görülən işlər bölməsində qeyd olunub.
Hesabatda göstərilir ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq komissiyaya tapşırılmış tədbirlərin həyata keçirilməsi məqsədi ilə komissiyanın rəhbərliyi və məsul əməkdaşları üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzindən (MSXM) ümumilikdə 12 ədəd elektron imza sertifikatı alınıb.
Qeyd edilən Fərmanın icrasını təmin etmək məqsədilə komissiyada elektron xidmətlər siyahısı tərtib edilib və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mövzu ilə əlaqədar metodiki dəstəyi təmin edilib.
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarına əsasən komissiyada 7 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Komissiyanın internet saytında bu xidmətlərin siyahısı göstərilib.
Hazırda qərarda göstərilən xidmətlərin reqlamentləri hazırlanıb, proqram təminatları hazır olduqdan sonra Elektron Xidmətlər Reyestrində qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. Xidmətlərin proqram təminatının hazırlanması üçün lazım olan maliyyə vəsaitinin ayrılması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edilib.
Hazırda qərarda göstərilən "Dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat" xidmətindən komissiyanın internet saytına daxil olaraq istifadə etmək mümkündür. 2012-ci ildə komissiya "Elektron hökumət" Dövlət İnformasiya Sisteminə qoşulduqdan sonra bu xidmətin "bir pəncərə" prinsipi əsasında istifadəçilərə təqdim edilməsi nəzərdə tutulub.
Hesabat dövrü ərzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələrdə iştirak edən namizədlərlə bağlı geniş məlumatı özündə əks etdirən "Namizədlər-DQMK" avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib, müsabiqə və müsahibələrin bütün mərhələlərinin (elanın verilməsi, sənəd qəbulu, test imtahanı, müsahibə, vəzifəyə təyinat, ehtiyat kadrlarla iş və s.) daha səmərəli təşkili üçün sistemin funksional imkanları və bu sistemə daxil olan hesabatların sayı artırılıb.
Müsahibələrdə qrup üzvü kimi iştirak edən komissiyanın və digər dövlət orqanlarının nümayəndələri və müstəqil mütəxəssislər ilə işin səmərəli təşkili üçün "Ekspertlər-DQMK" altsistemi yaradılıb və istifadəyə verilib. Bu altsistem vasitəsi ilə müsahibədə qrup üzvü kimi iştirak edən şəxslər barədə ətraflı məlumat, onların iştirak etdikləri müsahibələr və təlimlər, müsahibələrin keyfiyyət göstəriciləri və s. barədə geniş məlumatlı hesabatlar almaq mümkündür.
Dövlət qulluğuna müsabiqə yolu ilə qəbulla bağlı müraciət edən vətəndaşların sayının artmasını nəzərə alaraq sənəd qəbulu prosesində operativliyin və səmərəliliyin artırılması məqsədi ilə komissiyanın internet saytında onlayn işləyən "E-qəbul" sistemi üzərində xeyli dəyişiklik edilib, qeydiyyatdan keçən namizədlərə hər cür texniki köməklik göstərilib. Yeni edilmiş dəyişikliklər imkan verir ki, vəzifənin tutulması şərtləri (təhsil və staj tələbləri) əsasında namizəd özünə uyğun vəzifəni seçsin və namizədliyini təsdiq etsin. İl ərzində 8601 namizəd bu sistemdən yararlanaraq onlayn qeydiyyatdan keçib.
CAHANGİR
Dövlət Qulluqçularının Reyestri inkişaf etdirilir
Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət Qulluqçularının Reyestri inkişaf etdirilib, buradakı məlumatlar yenilənib və artırılıb.Dövlət orqanları ilə birgə aparılan işin nəticəsində reyestri idarə edən "İdarəetmə strukturu və kadr potensialı sistemi"nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılıb və sistemləşdirilib. 2011-ci ildə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanı üzrə əlavə olaraq ümumilikdə 9957 dövlət qulluqçusu barədə məlumat toplanıb və reyestrin məlumat bazasına əlavə edilib.
Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Hazırda reyestr mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə 19925 dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib.
Hazırda dövlət orqanları üzrə məsul şəxslərlə işin təşkili üçün yeni proqram təminatı hazırlanır.
Bu proqram təminatı imkan verəcək ki, məsul şəxs dövlət qulluqçuları barədə baş vermiş dəyişiklikləri operativ olaraq dəyişib komissiyaya göndərə bilsin.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komissiyanın 2011-ci il ərzində fəaliyyəti barədə hesabatının informasiya texnologiyaları sahəsində görülən işlər bölməsində qeyd olunub.
Hesabatda göstərilir ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq komissiyaya tapşırılmış tədbirlərin həyata keçirilməsi məqsədi ilə komissiyanın rəhbərliyi və məsul əməkdaşları üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzindən (MSXM) ümumilikdə 12 ədəd elektron imza sertifikatı alınıb.
Qeyd edilən Fərmanın icrasını təmin etmək məqsədilə komissiyada elektron xidmətlər siyahısı tərtib edilib və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mövzu ilə əlaqədar metodiki dəstəyi təmin edilib.
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarına əsasən komissiyada 7 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Komissiyanın internet saytında bu xidmətlərin siyahısı göstərilib.
Hazırda qərarda göstərilən xidmətlərin reqlamentləri hazırlanıb, proqram təminatları hazır olduqdan sonra Elektron Xidmətlər Reyestrində qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. Xidmətlərin proqram təminatının hazırlanması üçün lazım olan maliyyə vəsaitinin ayrılması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edilib.
Hazırda qərarda göstərilən "Dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat" xidmətindən komissiyanın internet saytına daxil olaraq istifadə etmək mümkündür. 2012-ci ildə komissiya "Elektron hökumət" Dövlət İnformasiya Sisteminə qoşulduqdan sonra bu xidmətin "bir pəncərə" prinsipi əsasında istifadəçilərə təqdim edilməsi nəzərdə tutulub.
Hesabat dövrü ərzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələrdə iştirak edən namizədlərlə bağlı geniş məlumatı özündə əks etdirən "Namizədlər-DQMK" avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib, müsabiqə və müsahibələrin bütün mərhələlərinin (elanın verilməsi, sənəd qəbulu, test imtahanı, müsahibə, vəzifəyə təyinat, ehtiyat kadrlarla iş və s.) daha səmərəli təşkili üçün sistemin funksional imkanları və bu sistemə daxil olan hesabatların sayı artırılıb.
Müsahibələrdə qrup üzvü kimi iştirak edən komissiyanın və digər dövlət orqanlarının nümayəndələri və müstəqil mütəxəssislər ilə işin səmərəli təşkili üçün "Ekspertlər-DQMK" altsistemi yaradılıb və istifadəyə verilib. Bu altsistem vasitəsi ilə müsahibədə qrup üzvü kimi iştirak edən şəxslər barədə ətraflı məlumat, onların iştirak etdikləri müsahibələr və təlimlər, müsahibələrin keyfiyyət göstəriciləri və s. barədə geniş məlumatlı hesabatlar almaq mümkündür.
Dövlət qulluğuna müsabiqə yolu ilə qəbulla bağlı müraciət edən vətəndaşların sayının artmasını nəzərə alaraq sənəd qəbulu prosesində operativliyin və səmərəliliyin artırılması məqsədi ilə komissiyanın internet saytında onlayn işləyən "E-qəbul" sistemi üzərində xeyli dəyişiklik edilib, qeydiyyatdan keçən namizədlərə hər cür texniki köməklik göstərilib. Yeni edilmiş dəyişikliklər imkan verir ki, vəzifənin tutulması şərtləri (təhsil və staj tələbləri) əsasında namizəd özünə uyğun vəzifəni seçsin və namizədliyini təsdiq etsin. İl ərzində 8601 namizəd bu sistemdən yararlanaraq onlayn qeydiyyatdan keçib.
CAHANGİR
Baxış sayı: 1243
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır