Tarix:23/02/12
Əldə olunmuş “Cisco Silver Certified Partner” statusu SİNAM şirkətinin qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco” şirkəti ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin “Cisco”nun xüsusi marketinq proqramlarında iştirak kimi imkanlar açır.
Öz növbəsində, SİNAM şirkətinin əldə etdiyi yeni status müştərilər üçün də bir sıra üstünlük verir: yerli Gümüş Tərəfdaş vasitəsilə “Cisco” texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, “Cisco” avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin əldə olunması, həmçinin “Cisco” şirkətinin “Cisco Silver Certified Partner” statusuna malik tərəfdaşlar qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək xidmət keyfiyyəti.
“Azərbaycan şirkətilə əməkdaşlıq statusunun yüksəldilməsi ölkədə İT biznesinin inkişafının və azərbaycanlı İT mütəxəssislərinin müvafiq peşəkarlılığının artmasının növbəti təsdiqidir.
Əminik ki, SİNAM-dan sonra digər Azərbaycan İT şirkətləri də bu cür yüksək tərəfdaşlıq statusuna layiq görüləcəklər”,-deyə SİNAM şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov qeyd etdi.
RƏVAN
SİNAM şirkəti “Cisco Silver Certified Partner” statusunu alıb
İlk Azərbaycan şirkəti olaraq SİNAM “Cisco Silver Partner” alıb. SİNAM şirkətinə “Cisco Silver Certified Partner” statusunun təqdim edilməsi haqda qərar “Cisco” şirkəti tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi müsbət qiymətlərə əsasən verildi.Əldə olunmuş “Cisco Silver Certified Partner” statusu SİNAM şirkətinin qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco” şirkəti ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin “Cisco”nun xüsusi marketinq proqramlarında iştirak kimi imkanlar açır.
Öz növbəsində, SİNAM şirkətinin əldə etdiyi yeni status müştərilər üçün də bir sıra üstünlük verir: yerli Gümüş Tərəfdaş vasitəsilə “Cisco” texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, “Cisco” avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin əldə olunması, həmçinin “Cisco” şirkətinin “Cisco Silver Certified Partner” statusuna malik tərəfdaşlar qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək xidmət keyfiyyəti.
“Azərbaycan şirkətilə əməkdaşlıq statusunun yüksəldilməsi ölkədə İT biznesinin inkişafının və azərbaycanlı İT mütəxəssislərinin müvafiq peşəkarlılığının artmasının növbəti təsdiqidir.
Əminik ki, SİNAM-dan sonra digər Azərbaycan İT şirkətləri də bu cür yüksək tərəfdaşlıq statusuna layiq görüləcəklər”,-deyə SİNAM şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov qeyd etdi.
RƏVAN
Baxış sayı: 1605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır