Tarix:23/02/12
"İCTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, "Microsoft-Azərbaycan" şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları "teacher.edu.az" domeni adı altında açılıb. Elektron poçt ünvanları "Microsoft Live@Edu" texnoloji platformasının bazasında işləyir.
"@teacher.edu.az" bir sıra üstünlüklərə malikdir. Belə ki, buraya 10 Giqabaytlıq təhlükəsiz poçt qutuları, müəllimlər şəbəkəsində məlumat mübadiləsi, ani yazışma sistemi, çevik axtarış sistemi, fərdi iş planlaşdırılması alətləri, şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun), böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq veb-məkan daxildir.
"Microsoft-Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, "ad.soyad@teacher.edu.az" elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir.
E.Axundov bildirib ki, bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır: "Bununla bərabər, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir".
HƏQİQƏT
Korporativ elektron poçt xidmətindən istifadə edən müəllimlərin sayı 2 minə çatıb
Azərbaycan müəllimləri üçün korporativ elektron poçt xidmətində qeydiyyatdan keçmiş müəllimlərin sayı 2 min nəfərə çatıb. "ad.soyad@teacher.edu.az" elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, "Microsoft Azərbaycan" şirkətinin və "Mədəd Azərbaycan" təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunublar."İCTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, "Microsoft-Azərbaycan" şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları "teacher.edu.az" domeni adı altında açılıb. Elektron poçt ünvanları "Microsoft Live@Edu" texnoloji platformasının bazasında işləyir.
"@teacher.edu.az" bir sıra üstünlüklərə malikdir. Belə ki, buraya 10 Giqabaytlıq təhlükəsiz poçt qutuları, müəllimlər şəbəkəsində məlumat mübadiləsi, ani yazışma sistemi, çevik axtarış sistemi, fərdi iş planlaşdırılması alətləri, şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun), böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq veb-məkan daxildir.
"Microsoft-Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, "ad.soyad@teacher.edu.az" elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir.
E.Axundov bildirib ki, bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır: "Bununla bərabər, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir".
HƏQİQƏT
Baxış sayı: 1419
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib